Accessibility links

Norman Atlantic bərəsində qalan bütün sərnişinlər xilas edilib


İtaliya hökuməti Korfu adası yaxınlığında yanğının baş verdiyi bərədə qalan sərnişinlərin hər birinin xilas edildiyini bildirib.

Lakin Adriatik dənizində baş vermiş qəzada ölənlərin sayının 10 nəfərə çatması ilə qəza nəticəcəsində ölənlərin sayının daha çox ola biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.

Bu gün xilasedicilər sonuncu sərnişinləri xilas edərkən əlavə beş cəsəd aşkar edib.

Hadisə qurbanları gəmidə, avtomobillərin olduğu yerdə yanğın baş verəndən sonra göyərtədə qarmaqarışıq səhnələri təsvir edib.

Bərə gəmisinin sənədlərində 478 sərnişin və ekipaj üzvü olduğu qeyd edilib. İtaliya rəsmiləri 427 nəfərin xilas edildiyini bildirib.

Yerdə qalan insanların itkin düşdüyü və ya gəmiyə bilet aldıqdan sonra səfərə çıxıb-çıxmadığı haqda mılumat yoxdur.

Bərə gəmisi Yunanıstanın Patras limanından Adriatik sahilinə avtomobil və sərnişin daşıyırdı.

XS
SM
MD
LG