Yeni araşdırmalar göstərir ki, hazırki sevimli itlər illərdir davam edən əhilləşmənin və genetikanın nəticəsidir.
"Prinston Universitetinin professoru olan Bridget VonHoldt ilə ünsiyyətdə oldum və o bu yaxınlarda itlərlə canavarlar arasında genetik fərqlilik kəşf edib. Bu fərqlilik insanlarda Villiams-Beuren adlı Williams-Beuren adlı sindromun inkişafına təsir göstərmiş sahədə yerləşir." - Oregon Universitetinin araşdırmaçısı Monik Udel deyib.
Anadangəlmə xarakterin nadir xüsusiyyətlərindən biri də həddindən artıq dostcanlı olmaqdır. Bilindiyi kimi, Villiams Sindromu müəyyən bir xromosom bölgəsində genetik mutasiyalara səbəb olur. Bu it genomunda mehribanlıqla əlaqəli bölgəyə bərabərdir.
Genlərdəki bu dəyişiklik itlərin hətta insanlar tərəfindən böyüdülmüş canavarlardan daha həssas və sosial davranışlı olmasına gətirib çıxarıb.
"İtlər və canavarların hər ikisi insanlarla maraqlanır. Canavarlar adətən gəlib, insanlarla qısa müddətli əlaqədə olub, sonra öz normal həyatlarına və davranışlarına qayıdırlar. Ancaq itlər hər zaman insansevən canlılardır və insanın bu sevgiyə cavab verib-verməməsindən asılı olmayaraq öz sevgisini göstərməyə davam edir. Bəzi hallarda onlar öz sahibləri qədər yad insanlara qarşı da çox həvəsli olurlar." - Monik Udel bildirir.
Elm Avansları dərgisində dərc edilən Udell və VonHoldtun araşdırması göstərir ki, təbiət və tərbiyə insanın ən yaxın dostlarının bu qədər mehriban olmasında xüsusi rol oynayıb.