Accessibility links

İvanka Tramp Berlində qadın sammitində atasının mövqeyini dəstəkləyib


ABŞ prezidentinin qızı və müşaviri İvanka Tramp, Almaniya kansleri Angela Merkel və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard

ABŞ prezidentinin qızı İvanka Tramp atasının qadınlara münasibətdə mövqeyini dəstəkləyərək bildirib ki, medianın onun qadınlar haqda əvvəllər dediklərinə həddən artıq çox diqqət göstərib.

İvanka Tramp bu açıqlamaları Berlində atasının prezident komandasının üzvü kimi ilk xarici səfəri zamanı verib. Qadın sammitində danışan İvanka Tramp deyib ki, onun öz təcrübəsi və Trampın biznes imperiyasının qadın üzvlərinin təcrübəsi "onun qadınların potensialına və onların öz işini istənilən kişidən pis görmədiyinə dərin inamına" dəlalət edir.

Mən həm ölkə daxilində, həm də bütün dünyada qadınlar üçün iqtisadi imkanların yaxşılaşdırılması haqda çox fikirləşirəm
İvanka Tramp

İvanka Tramp Böyük 20-lərin qadın sammitində qadın sahibkalara dəstəyə həsr edilmiş müzakirələr zamanı çıxış edib. Tədbirdə Almaniya kansleri Angela Merkel və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard da iştirak edib.

İvanka Tramp bütün dünyada qadınların həyatına müsbət təsir göstərilməsini hələ də öyrəndiyini etiraf edib.

"Mən həm ölkə daxilində, həm də bütün dünyada qadınlar üçün iqtisadi imkanların yaxşılaşdırılması haqda çox fikirləşirəm"-deyə İvanka Tramp bildirib.

O, ABŞ-ı misal gətirərək qeyd edib ki, əhalinin yarısı qadınlardan ibarət olduğu halda, özəl şirkətlərin rəhbərlərinin yalnız 30 faizini qadınların təşkil etdiyi nəzərə alınsa, qadın sahibkarlar üçün biznes mühiti "çox cəlbedici" görünür.

İvanka Tramp sammitə Angela Merkel tərəfindən dəvət olunub. Səfər çərçivəsində o, Avropada qətlə yetirilmiş yəhudilərin xatirəsi memorialını ziyarət edəcək.

İvanka Tramp Ağ Evdə atasının qeyri-rəsmi müşaviri kimi çalışır. O, Ağ Evdə prezidentin baş müşavirlərindən biri olan həyat yoldaşı Cared Kuşnerlə bərabər nüfuzlu fiqurlardan biri hesab edilir.

XS
SM
MD
LG