Accessibility links

Jaklin Kennedinin həyatına həsr olunmuş "Jackie" adlı filml ekranlara çıxır


“Jackie” adlı psixoloji drama filmində çilili kinomatoqraf Pablo Larreyn 1963-cü il, noyabrın 22-sində ərinin qətlindən sonra Amerikanın birinci xanımı Jaklin Kennedinin ilk günlərini əhatə edən impressionist portretini tamaşaçıya çatdırır. Film diqqətəlayiq hekayə, qəzetdən kəsilmiş məqalə parçaları, arxiv görüntülərə və JFK-nin qətlindən deyil, əsasən Jaklin kompleksli şəxsiyyətindən bəhs edən kinemotoqrafik bir cəhddir.

Kinematoqraf Pablo Larreyn Jaklinin mürəkkəbliliyini təsvir etmək üçün faciədən istifadə edir. Pablo Jaklini – yüksək sinfə məxsus məsum debütant, moda ikonası, həyat yoldaşı, ana, istedadlı Ağ Ev bəzəkçisi və ərinin əfsanəsi kölgəsində dul qadın kimi fərqli simalarda gəstərir.

Pablo Larreyn: “Tanıdığmız bir çox fərqli mənbələrdən filmdə istifadə etmişik. Amma bizim bilmədiyimiz çox şey var və biz onları yaratmışıq. Ona görə də bu bədii filmdir, sənədli film deyil”

Poetik litsenziyadan başqa “Jackie” filminin ssenaristi Noa Oppenheym Amerikanın Səsinə deyib ki, o, Jaklin Kennedinin fərqli personasını arxiv materiallar və onun haqda özününü şəxsi xatirələrinə əsasən yazıb.

Noa Oppenheym: “Mən həyatım boyu Jaklin Kennediyə heyran olmuşam. Mənim anam onun böyük pərəstişkarı olub. O, Jaklin haqda bütün qəzet və jurnalları saxlayıb. Mən uşaq ikən bu materialları oxuyurdum və mən siyasət və Amerika tarixi üzrə təhsil almışam. Mən həmişə ona pərəstiş etmişəm.”

Oskar qalibi Natali Portman bəzən həssas və utancaq, bəzən isə hiyləgər ambisiyalı və hirsli əsrarəngiz Birinci Xanımı təsiredici ifası ilə yenidən canlandırır.

Natali Portman: “Hər kəs tərəfindən tanınmış bir şəxsin rolunu ifa edərkən böyük məsuliyyət hiss edirsən. Sözsüz ki, sən onun kimi danışmalı, hərəkət etməli, onun kimi görünməlisən ki, insanları özünə inandırasan. Və həm də emosional baxımdan o elə bir təcrübə ilə qarşılaşıb ki, özümü ona aid etməm az qala qeyri-mümkündür. Ona görə ki sənin həyatında kədər, faciə var. Amma bu elə bir səviyyədə, elə bir dünya səviyyəsində baş vermiş hadisədir ki, o Jaklin tarixdə bu cür təcrübədən keçmiş yeganə adamdır. Ona görə də onun keçirdiyi hissləri başa düşmək, yenidən yaşamaq həddindən artıq çətindir.”

Pablo Lorreyn Jaklinin ağrılı dövrünü onun ərinin iki il prezidentliyi müddətində yaşadığı dövrlə bir araya gətirir.

Pablo Larrey: “Film xatirələrin fraqmentlərini nümayiş etdirir. İdeyaların fərqli fraqmentlərini… Biz həmişə real faktlardan daha çox emossional şeyləri xatırlayırıq. Və bu xatirələr emosional xatirələr haqda filmdir. Tam məna kəsb etmir, biri-biri ilə həmişə bağlı deyil. Və ona görə də real görünür”

“Jackie” daha çox psixoloji dramatik filmdir. Cəki prezident Con Kennedinin administrasiyasının xoşbəxt günləri haqda keçmiş xatirələri anır. Amma film həm də onlar arasında məyusedici anlara nəzər salır. Vəfasızlıq və siyası təyziq dəbdəbə, sərvət və gənc ambisiyalarla ört-basdır edilir.

XS
SM
MD
LG