BMT-nin İranda insan haqları məsələləri üzrə xüsusi nümayəndəsi Cavid Rəhman bu yaxınlarda yeni hesabat yayıb. Sənəddə İranda baş verən insan haqları pozuntuları, o cümlədən etnik və dini azlıqların məruz qaldığı basqılar və ayrı-seçiliklərə yer verilib. Hesabat gələcək aylarda BMT-nin iclasına qatılan müxtəlif ölkələrin təmsilçilərinə təqdim ediləcək.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdiri Jalə Təbrizli Amerikanın Səsi ilə söhbətdə BMT nümayəndəsinin yeni hesabatını dəyərləndirib.
Bu 82 nəfər müxtəlif sahələrdə tutulanlardır ki, biz Birləşmiş Millətlər Təşkilatına vermişdik. Bunların bəzisi az müddətdən sonra çıxıblar. Bəziləri də mülki zəmanət qarşılığında çıxıblar.
Cavid Rəhmanın hesabatında keçən bir il ərzində İran Azərbaycanında azı 82 fəalın nəzarət altına alındığına diqqət çəkilib.
Jalə Təbrizlinin dediklərinə görə, “bu 82 nəfər, tamam o fəallardır ki, həbsdədir və ya tutulub və sərbəst buraxılıblar. Bunlar müxtəlif sahələrdə tutulanlardır ki, biz Birləşmiş Millətlər Təşkilatına vermişdik. Bunların bəzisi az müddətdən sonra çıxıblar. Bəziləri də mülki zəmanət qarşılığında çıxıblar.”
Hesabatda stadionlarda səsləndirdikləri şüarlar üzündən həbs və mühakiməyə məruz qalan Traktor komandası azarkeşlərinə də işarə olunub. Həmçinin hazırda həbsdə olan tanınmış türk fəal Abbas Lisaninin vəziyyəti və mühakimə prosesi haqqında ətraflı məlumat verilib.
Təbrizlinin sözlərinə görə, “bunlar bütün mövzuları bu hesabatda yerləşdirə bilməyiblər. O cümlədən, iqtisadi məsələlər, habelə qadın haqları və uşaqların məsələləri dərc olunmayıb.”
Bir çox türk fəal BMT-nin nümayəndəsinin yeni hesabatını müsbət qarşılamayıb.
Biz həm təşəkkür etmişik ki hesabatda istədiyimiz bəzi məsələlərə yer verilib. Amma, ‘Azəri’ haradan tapıldı? İran Azərbaycanında əhalinin sayı üçün ‘15 milyon’ rəqəmi haradan tapıldı? Bunlara da etiraz etmişik.Jalə Təbrizli
Feminist fəal Sevil Süleymani öz Facebook səhifəsində hesabat haqqında belə yazıb: “BMT-nin xüsusi nümayəndəsi hesabatın ilk bölməsində ‘Azərbaycan türkü’ ifadəsini işlədib. Amma, sanki o, özü də bu ifadə ilə bağlı əmin deyil və hesabatın davamında ‘Azəri’ və ‘Azəri türk’ ifadələri arasında çaş-baş qalıb. Görünür ki, türk və fars hüquq müdafiəçiləri unudublar ki, bu qədər türk fəal nə səbəblə həbsdədir və bunu əziz nümayəndəyə izah etməyiblər... Hesabatda Abbas Lisani ‘Azəri insan haqları fəalı’ olaraq təqdim edilir. Lisani nə zaman özünü ‘Azəri insan haqları fəalı’ adlandırıb?”
Süleymani İran Azərbaycanında əhalinin sayı ilə bağlı verilən 15 milyon rəqəmini də tənqid edib.
Türk fəal Duman Radmehr həmin hesabat haqqında fikirlərini öz Twitter səhifəsində paylaşıb. O, hesabatın mənfi və müsbət cəhətlərini türk fəalların “mənfi və müsbət çalışmalarının” nəticəsi olaraq dəyərləndirib.
Jalə Təbrizli isə deyir ki, “bu hesabatla bağlı həm razı olduğumuz, həm də tənqid etdiyimiz xüsuslar vardır.”
Tənqid edəndə, özümüzdən başlayaq. Mən özüm nə etmişəm? Hansı addımları atmışam ki, bizə ‘Azəri’ deməsinlər və türk desinlər. Tənqid edənlərin hamısı Birləşmiş Millətlərə məktub yazıb, etirazını bildirə bilər.
Onun söylədiklərinə görə, “biz həmişə Azərbaycan əhalisini 30 milyondan artıq demişik. Buna istinadlarımız var. Bu istinadların hamısını yenidən onlara verəcəyik. Etiraz yazmışıq. 15 milyon rəqəmini haradan gətiriblər. İslam Respublikası özü 3 il əvvəl BMT-nin sərgisində bizi 23 milyon göstərmişdi... Biz keçən il BMT nümayəndəsi ilə qərara gəldik, danışdıq ki, ‘Azəri’ kəlməsi götürülsün. İndi mən başa düşmürəm ki, niyə bu hesabatda bir neçə yerdə bizə ‘Azəri’ deyiblər. Bu haradan gəlib. Bu haqda da açıqlama istəmişik.”
Bəzi milli fəallara görə, beynəlxalq qurumlara türklər və İran Azərbaycanı ilə bağlı İranlı siyasi qüvvələr tərəfindən səhv məlumatlar verilir.
Fransada yaşayan hüquq müdafiəçisinin fikrincə, bu tənqidləri irəli sürənlər özləri bu xüsusda praktik addımlar atmalıdırlar.
“Tənqid edəndə, özümüzdən başlayaq. Mən nə etmişəm? Hansı addımları atmışam ki, bizə ‘Azəri’ deməsinlər və türk desinlər. [Tənqid edənlərin] hamısı Birləşmiş Millətlərə məktub yaza bilər. Qələmi götürüb yazaq və birlikdə BMT-yə etiraz edək. Tənqid yaxşıdır əgər yerinə bir şey qoysaq. Biz (Ərk cəmiyyəti) özümüz etiraz yazmışıq. Təşəkkür etmuşik ki istədiyimiz bəzi məsələlərə yer verilib. Amma, ‘Azəri’ haradan tapıldı? ‘15 milyon’ haradan tapıldı? Bunlara da etiraz etmişik,” deyə Jalə Təbrizli əlavə edir.