Accessibility links

Almaniya kansleri Yaponiyaya səfər edir [Fotoqalereya]


Vəzifədə olduğu 7 il müddətində ilk dəfə Yaponiyaya səfər edən Almaniya kansleri Angela Merkel ölkənin imperatoru Akihito və baş nazir Şinzo Abe ilə görüşüb.

Tokioda çıxışı zamanı xanım Merkel deyib ki, II Dünya Müharibəsinin dəhşətlərindən sonra Almaniyanın Yaponiya tərəfindən qəbul edilməsi xoş haldır. Xanım Merkel Almaniya ilə Yaponiyanın yaxınlaşmasının səbəbinin Almaniyanın öz keçmişinə son qoyması və 1945-ci ildən sonra müttəfiq dövlətlərin bu ölkəni nəzarətində saxlayaraq, yaxşılığa doğru irəliləməsinə nəzarəti nəticəsində olduğunu deyib.

Almaniya kansleri çıxışı zamanı 1985-ci ildə ölkəsinin prezidenti Rixard Von Vaytszekerdən sitat gətirərək deyib ki, müharibənin sonu Avropanın azadlığı demək idi.

Yaponoyanın baş naziri Abe isə çıxışını bu ilin sonu, Yaponiyanın II Dünya Müharibəsindəki məğlubiyyətinin 70-ci ildönümünün qeyd edildiyi zaman edəcək. Yaponiyanın işğal etdiyi ölkələr hələ də Yaponoyanın kifayət qədər üzr istəmədiyini və müharibə zamanı törətdiklərinə görə kompensasiya ödəməli olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG