Accessibility links

Yaponiyada keçmiş baş nazir Şinzo Abe son mənzilə yola salınıb


Yaponiyada çərşənbə axşamı keçmiş baş nazir Şinzo Abeni son mənzilə yola salıb.

Keçən həftənin cümə günü Nara şəhərində kampaniya zamanı güllələnərək öldürülən Abeyə hörmət əlaməti olaraq, gül və digər əşyalar gətirən çox sayda insan vida mərasimi üçün Tokionun Zojoji məbədi qarşısında sıraya düzülüb. Vida mərasiminə gələnlərin çoxu məbədin qarşısında dua edərkən ağlayıb.

Zojoji məbədi 67 yaşlı Abe üçün yalnız yaxın dostları və ailəsi ilə məhdudlaşan özəl mərasimin keçirildiyi yer idi. Daha sonra Abenin tabutu məbəddən çıxarılıb və cənazə maşınına qoyularaq, kremasiya edilmək üçün Tokionun mərkəzində Kiriqaya Cənazə Zalına aparılıb. Minlərlə sakin vidalaşmaq üçün Tokio küçələri boyunca düzülüb.

Cənazə avtomobilinin baş nazirin rəsmi ofisi, Parlament binası və Liberal Demokrat Partiyasının qərargahı kimi Abenin siyasi karyerasında mühüm rolu olan bir neçə məkanın qarşısından keçməsi nəzərdə tutulurdu.

Abenin qətlində şübhəli bilinən silahlı şəxs, 41 yaşlı Tetsuya Yamaqani keçmiş baş naziri güllələdikdən sonra dərhal həbs edilib.

Yaponiya xəbər agentlikləri ölkənin Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü olan Yamaqaninin Abeni anasının maliyyə çətinliklərində günahlandırdığı naməlum dini qruplaşmanın üzvü olduğuna inandığı üçün onu öldürmək istədiyini bildirib.

1950-ci illərdə Cənubi Koreyada mərhum rahib Sun Myun Mun tərəfindən yaradılan qlobal dini hərəkat olan Birlik kilsəsi bazar ertəsi Yamaqaminin anasının kilsənin üzvü olduğunu təsdiqləsə də, onun etdiyi hər hansı ianə ilə bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG