Accessibility links

Kabil hücumlarının məsuliyyətini İslam Dövləti üzərinə götürüb


Dünən Kabildə azı 26 nəfərin ölümünə səbəb olmuş iki partlayışın məsuliyyətini İslam Dövləti (İŞİD) terrorçu qruplaşması üzərinə götürüb.

Qruplaşma bu gün Amaq xəbər agentliyi vasitəsilə məsuliyyətini bildirib ki, intiharçılar “kafirlərin toplantısı”nı hədəf alıb.

Kabilin əsasən şiələr yaşayan ərazisində güləş klubunda törədilmiş partlayışda azı 91 nəfər yaralanıb, 40 dəqiqə sonra xilasedicilər və jurnalistlərin yığışdığı yerdə maşın partladılıb.

Yanvardan bəri Kabildə həyata keçirilən17 hücum nəticəsində 430 nəfər öldürülüb.

Bu gün səhər Əfqanıstanın şimal-qərbi Badğis vilayətində isə Taliban yaraqlılarının qurduğu pusquda 11 əsgər həlak olub. Atışma zamanı azı 13 yaraqlının da qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG