Accessibility links

Kainat Gözəlinin adı bəlli oldu


Miss Cənubi Afrika Atlantada Kainat Gözəli tacına layiq görülüb. Mərasimdən sonra Kainat Gözəli qadın səlahiyyətlərinin artırılması ilə bağlı ürək sözlərindən danışıb.

26 yaşlı Zozibini Tunzi Puerto Riko və Meksikadan olan finalçıları qabaqlayıb.

Tunzinin müsabiqənin yeni bir seqmenti olan gənc qadınlara özünə inam hissi aşılamaq istəməsi haqqında danışdığı yekun çıxışı alqışlarla qarşılanıb.

"Mənə bənzəyən, cildim və saçlarımın tipi olan bir qadının heç vaxt gözəl görünmədiyi düşünülən bir dünyada böyümüşəm" Tunzi deyib.

"Düşünürəm ki, bu gün bunun bitdiyi vaxtdır" çıxışı gurultulu alqışlarla qarşılanıb.

Tunzi Atlantadakı Tayler Perri Studiosunda keçirilən 68-ci Kainat Gözəli yarışmasında dünyanın 90-dan çox iştirakçısını məğlub edib.

Rəqabət öncəsi iki favorit - Miss Tayland Pavinsuda Saetan-Drouin və Miss Filippin Qazini Qanados finala çıxmayıb.

XS
SM
MD
LG