Accessibility links

Kale limanı minlərlə qaçqının müvəqqəti evinə çevrilib [Video]


Kale limanı minlərlə qaçqının müvəqqəti evinə çevrilib
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Kale limanına gedən yollar tikanlı məftillərlə çəpərlənib. Ancaq İngiltərəyə getməyi planlaşdıran imiqrantlar üçün bu maneə deyil. Onlar hər gün LaManş kanalı ilə hərəkət edən yükmaşınlarının içərisində gizlənirlər. Bu insanların çox hissəsi Eritreya, Efiyopiya, Afrika digər ölkələri və Yaxın Şərqdən gələnlərdir.

Yüzlərlə insan Kale ətrafındakı istifadə olunmayan torpaqlarda və meşəlik sahələrində kampinq quraraq dəhşətli şəraitdə yaşayır. Lakin, onlar bir gün bəxtlərinin gətirəcəklərinə inanırlar.

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Kale şəhərinə gələrək buradakı mühacirlər, yerli sakinlər və polislərlə görüşüb.

“Biz heç bir halda burada qanunsuz şəbəkələrin yaranmasına, inkişaf etməsinə, başqa bir cəngəllik düşərgəsinin ortaya çıxmasına və ya digər qanunsuz ərazi işğalına imkan verməyəcəyik." - deyə, Makron bildirib.

Kalenin ətrafında yerləşən və Cəngəllik adlanan bu ərazidə hazırda 10 mindən çox immiqrant yaşayır. Keçmiş prezident Fransua Olland 2016-cı ildə əraziyə buldozerlər göndərmişdi. Onun xələfi olan Makron daha sərt addımlar ataraq buradakı qaçqınları avtobusla Kaledən uzaqlaşdırıb, statuslarının müəyyən edilməsi üçün miqrasiya mərkəzlərinə göndərib.

Bir çox miqrant xeyriyyə mərkəzləri fransız liderlə görüşməkdən imtina edib

Kaledəki sərhədə nəzarəti Britaniya və Fransa hökümətləri arasında bağlanan müqaviləyə əsasən İngiltərə sərhəd xidməti tərəfindən həyata keçirilir.

Fransız lider cümə axşamı İngiltərənin baş naziri Tereza Meylə görüşmək üçün Londona səfər edəcək. Görüş zamanı Makronun baş nazirə İngiltərənin daha çox qaçqın qəbul etməsini və sərhəd nəzariti şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etməsi gözlənilir. Tənqidçilərin sözlərinə görə, Britaniya və Fransa hökümətləri mühacirləri Kaleyə gəlməyə məcbur edən amilləri nəzərə almırlar.

“Həqiqət budur ki, miqrasiya etmək istəyən bəzi insanların İngiltərədə ailəsi var və ya onların bu ölkəyə getməkdə xüsusi marağı var. Məsələn, onlar inanırlar ki, dil bariyerinin olmaması və ya inteqrasiya prespektivinin yüksək olması İngiltərəni onlar üçün daha əlverişli edir. Kale Böyük Britaniyanın öz məsuliyyətlərinə qarşı necə laqeydlik etdiyinə dair bir nümunədir." - deyə, Amnest İnternationalın təmsilçisi Mariya Serrano bildirib.

İngiltərə isə öz növbəsində sığınacaq almaq prosesinin çox ciddi proses olduğunu bildirərək qlobal səviyyədə qaçqınlara yardım proqramlarınının ən böyük donorlarından biri olduğunu iddia edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG