Accessibility links

Kaliforniyada tətilə çıxmış liman işçiləri müdiriyyətlə razılığa gəlib


Birləşmiş Ştatların ən böyük karqo liman kompleksində tətilə çıxmış minlərlə işçi müdiriyyətlə ilkin razılığa gəldikdən sonra işə qayıdır.

Kaliforniyanın Los Anceles və Lonq Biç limanlarındakı bir həftə davam edən tətilin dayandırılması barədə razılıq çərşənbə axşamı Los Anceles şəhərinin meri Antonio Villaragosa tərəfindən bəyan edilib. Tətilin sona çatdırılması üçün Vaşinqtondan yardıma gələn federal vasitəçilər iştirakı ilə hər iki tərəf razılıq əldə edilməsi üçün səs verib.

Sal Çavez keçən həftənin çərşənbə axşamı tətil elan edən 800 idarə işçisindən biridir. O gəmiçilik şirkətlərinin iş yerlərini xaricə köçürmək istədiyini iddia edir:

“İş yerləri ölkədən xaricə köçürülür və heç kəs bununla bağlı bir tədbir görmürdü. Gərək kimsə irəliyə çıxıb bu iş yerlərinin Amerikada saxlanılmasına ehtiyacımız olduğunu desin. Bu iş yerləri bizim terminala məxsusdur, bura aiddir.”- deyə Cavez etirazını bildirib.

Lakin yükdaşıma şirkətlərini təmsil edən qrup sadəcə olaraq ehtiyac duyulan sahələrdə insanları işə götürmək istədiyini i bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG