Accessibility links

Kaliforniya ştatının bir çox bölgəsində restoranlar açılmağa başlayıb


Kaliforniya ştatının bir çox bölgəsində restoranlar açılmağa başlayıb
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Koronavirus məhdudiyyətləri yüngülləşdirildikdən sonra Kaliforniya ştatının bir çox bölgəsində həftələrlə bağlı qalan restoranlar açılmağa başladı və keçən həftə sonu Xatirə Günü Orange mahalının Hantinqton çimərliyindəki yeməkxanalar böyük izdihamla qarşılaşdı və əksər müştərilər və restoranlar sosial məsafə qaydalarını pozdu.

Həftə sonu Kaliforniya ştatının 58 mahalında 54 restoranın açılmasına icazə verlib. Masalar arasında böyük məsafə, yemək salonlarının və mebellərin dezinfeksiya edilməsi, eyni zamanda birdəfəlik menyular kimi bir çox qaydalara riayət etmək lazım gəlir.

Los Ancelesdən 50 kilometr məsafərə yerləşən Hantinqton Beach-ə hər il bir neçə milyon turist gəlir və bu, şəhərdəki 600 restoranın biznesinin ayaqda qalmasının əsas amildir. Koronavirus səbəbindən dövlətin sərt məhdudiyyətlərinə görə bağlanan bütün ictimai iaşə müəssisələri indi qapılarını açmağa başlayıb. "Mart ayından bəri heç yerə çıxmamışdım və heç yerdə yemək yeməmişdim. Bu, çox gözəl hissdir! B qədər insanın olacağını gözləmirdim və bu, inanılmaz dərəcədə əyləncəlidir! Həyat geri qayıdır" - deyə, Hantinqton Beach sakini Lori bildirir.

Restoranların açılmasına koronavirusa yoluxma hallarının sayının azaldığı, 100 min nəfərə 25-dən az yeni halın qeydə alındığı bölgələrdə icazə verilıb. Lakin yoluxmaların azalması çoxlarının sosial məsafə qaydalarına məhəl qoymamasına və bəzi müştərilərin narahatlığına səbəb olub. Kaliforniya sakini Sindi: “Təhlükəsiz olmaq sonrakı peşmançılıqdan daha yaxşıdır. Peyvənd olana qədər buraya bir də gəlməyəcəyəm. Bu mənim son dəfəm olacaq. Bəlkə bir də gələn il gəldim. Çox adam var, qorxuludur. Kimin yoluxduğunu, kimin yoluxmadığını bilmirsən.”

Bəziləri isə fərqli düşünür. "Koronavirusa yoluxmaqdan qorxan insanlar narahat olurlarsa, onların evdə qalmaq hüququ var. Onların bizə irad tutmağa ixtiyarları yoxdur. Biz banklara, yeməkxanalara gedir, təyyarələrə minə bilərik, hələ də pul işlədirik, restoran nirə fərqli olmalıdır?" deyir, Kaliforniya sakini Dryu.

Fələstin əsilli restoran sahibi Çarli Zabla bununla razıdır. Kaliforniya qubernatoru Qevin Nyusomun bağlanma barədəki sərəncamına baxmayaraq, Zabla restoranını bağlamaqdan imtina edib. “İnsanlar seçimi özləri etməlidir. Maska taxmaq istəyirsinizsə, bu sizin seçiminizdir. Səhhətinizdən narahatsınızsa, evdə qalın. Biz sağlam insanları karantində saxlamamalıyıq! Bu, bizim seçimimiz olmalıdır."

Qaydalara məhəl qoymayan restoranlar 10 həftə tam bağlandıqdan sonra yenidən açılmağı planlaşdıran Duke kimi qanuna tabe olanların işinə mənfi təsir göstərə bilər. Brett Barnes: "Biz zal üçün yeni xəritə hazırladıq və hər masaya neçə nəfərin əyləşə biləcəyini bildirən kartlar qoyduq. Beləliklə, bir tərəfdən, daha çox işimiz olacaq. Bu küçədəki bir restoranın yanından keçirdim, əvvəllər oranı heç dolu görməmişdim, amma indi normal işləyir və bu bizim üçün problem yarada bilər. Yalnız onlar deyil, hamı problemlə üzləşəcək. Yenidən bağlana bilərik, biz bunu istəmirik."

Yeni qaydalara görə restoranlar müştərilərin sayını normalda olduğundan yarıya endirməlidir. Şəhər şurası da yardım edəcəyinə söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG