Axtarış komandaları Kaliforniyanın yanğına məruz qalan bölgələrində əməliyyatlarını davam etdirir.
Kemp Fire adlı yanğın dağlıq Paradayz bölgəsində 85 nəfərin ölümünə səbəb olub, 14 min ev yanıb.
Gələn həftə yağışların bərpa ediləcəyi bildirilir, Bu isə torpaq sürüşməsi təhlükəsini artırır.
475 adamın itkin düşdüyü bildirilir. Yüzlərlə polis və könüllülər axtarış əməliyyatlarına cəlb edilib. Son bir neçə gün ərzində yağan yağışlar yanmış minlərlə evi palçığa bürüyüb.
Sümük parçalarına cevrilən cəsədlərin axtarışı mürəkkəbləşib. Yerli rəsmilər bəzi qurbanların tapılmayacağı barədə xəbərdarlıq yayıb.
27 min əhalisi olan Paradayz şəhərində əsasən pensiya yaşlarında olan insanlar yaşayır. Ölənlərin əksəriyyətinin pensiya yaşında olan insanlar olduğu bildirilir.
Yanğının səbəbləri hələ ki, bəlli deyil.