Accessibility links

Kaliforniyada yanğınla mübarizə davam edir


Kaliforniyada yanğınla mübarizə davam edir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Kaliforniya ştatının şimal və cənub bölgələrində yanğınlardan sonra itkin düşən yüzlərlə insanın axtarışı davam etdirilir. Çoxu Kamp yanğınında olmaqla, 48 nəfər həyatını itirib, 220 min insan evindən didərgin düşüb.

Cəsədlərin çoxu Kaliforniyanın şimalındakı Paradays şəhərində yanmış evlərdə və avtomobillərdə aşkar edilib. Yanğınısöndürənlər 50 min hektar sahəni əhatə edən yanğını söndürməyə çalşıır.

Yanğınsöndürənlərin çoxu 7 min 500 evin və digər tikililərin yandığı bölgədə yaşayır. Batalyon başçısı Mət Vallen: “Mənim yaşadığım kiçik bir məhəllədəki sakinlərin yarıdan çoxu şəxsi evini itirdi. Bizim hamımıza böyük maddi ziyan dəyib.”

Kaliforniyanın cənubunda Volsi yanğını Los-Ancelesin yaxınlığında davam edir. Yanğınsöndürənlər Malibuda çox bahalı evlər də daxil olmaqla, 435 tikilinın tamamilə yandığını bildirir. Los-Ancelesin Əyalət Yanğınsöndürmə İdarəsinin rəisi Darel Osbi: “Yanğının vurduğu zərərin miqdarını dəqiq öyrənmək üçün onlara daha bir neçə gün lazımdır. Mənim hesablamalarıma görə isə rəqəmlər əhəmiyyətli dərəcədə çox olacaq.”

Ştat boyu baş qaldıran yanğınlarla 8 mindən çox yanğınsöndürən mübarizə aparır. Kaliforniyanın cənubundakı kanyonlar istiqamətində əsən “Santa Ana” adlanan güclü külək onların qarşısında mane yaradır. Rəis müavini Nik Şuler: ”"Santa Ana” küləyi davam etdikcə yeni yanğınlara yol açır. Biz ictimaiyyəti ehtiyatlı olmağa, bizim hüquq-mühafizə orqanlarının evakuasiya ilə bağlı məlumatlarını diqqətlə izləməyə çağırırıq.”

Kaliforniyanın meşə idarəçiliyindən şikayət etdiyinə görə tənqid edilən prezident Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı baş verənlərlə bağlı təəssüfünü bildirib. “Biz insan itkilərinə görə yas saxlayır və onlar üçün dua edirik. Orada qurbanların sayı bizim düşündüyümüzdən çox olub.”

Yanğınsöndürənlər dəyən zərərin miqyasını müəyyən etməyə çalşdıqları bir vaxt, 200-dən çox sakin hələ də itkindir.

XS
SM
MD
LG