Accessibility links

Kaliforniyada marixuanadan istifadə qanuniləşdirildi


Kaliforniyada artıq marixuananın satışı və məişətdə istifadəsi qanunidir.

Yeni il günü Kaliforniya paytaxt Vaşinqtonla yanaşı ABŞ-ın marixuanadan istifadəyə icazə verildiyi altıncı ştatı oldu. Buna baxmayaraq, federal hökümət hələ də marixuanın satış və istifadəsini cinayət hesab edir.

Kaliforniyada 21 yaşından yuxarı insanlar altı bitki növü yetişdirə və qanuni olaraq 28 qram marixuana saxlaya bilər. Bu, marixuananı leqqallaşdıran digər ştatlardakı qanunlarla oxşardır.

“Burada səhər saat 5-dir. Bu, tarixi andır. Məncə bu, çox faydalı olacaq. Bunun bir çox insana köməyi olacaq,” deyə müştəri Diana Qladeen bildirir.

Kaliforniyada marixuananın ilkin satışları gələcək aylarla müqayisədə bir az məhdud ola bilər.

Hələ ki, Yeni il başlayandan bəri təkcə 90 biznes marixuana satmaq lisenziyasına malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG