Accessibility links

Kaliforniyada quraqlıq yaşanır [Video]


Kaliforniyada quraqlıq
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Ştatın qubernatoru israfçılığın qarşısını almaq məqsədilə sudan istifadənin icbari şəkildə azaldılmasına dair sərəncam imzalayıb

Ətraf mühit müdafiəçiləri dünyanın ciddi su çatışmazlığı ilə üzləşdiyini deyir. Buraya ABŞ da daxildir. Ölkənin bəzi bölgələrində çox qar və yağış yağsa da, cənub-qərbdə vəziyyət fərqlidir. Kaliforniya iki ildən çoxdur quraqlıqla mübarizə aparır. Ştatın qubernatoru israfçılığın qarşısını almaq məqsədilə sudan istifadənin icbari şəkildə azaldılmasına dair sərəncam imzalayıb. Ştat rəsmiləri həm də Kaliforniyanı quraqlığa davamlı etmək məqsədilə yeni texnologiyaları nəzərdən keçirir.

Biz tarixi quraqlıq yaşayırıq və bunun qarşısı alınmalıdır. Bu səbəbdən də mən ştat boyu suların qənaətinə dair sərəncam imzalayıram
Cerri Braun

ABŞ-ın mərkəzi bölgələri və şərq sahilində rekord dərəcədə qar yağsa da, Kaliforniyada son illərdə ən az səviyyədə qar yağdığı qeydə alınıb.

“Biz quru ot üstündə dayanmışıq, halbuki 1 metr yarım qarın içində olmalı idik, çünki bu həmişə belə olub. Biz tarixi quraqlıq yaşayırıq və bunun qarşısı alınmalıdır. Bu səbəbdən də mən ştat boyu suların qənaətinə dair sərəncam imzalayıram.”

Qubernatorun çərşənbə günü imzaladığı sərəncama əsasən, Kaliforniya su qaynaqlarına nəzarət idarəsi ştatda suyun istifadəsini 25 faiz azaltmalıdır. Qubernator Jerry Brown (Cerri Braun) bildirib ki, bunun 38 milyon əhaliyə təsiri olacaq. Bu tədbir nəticəsində 9 ay ərzində yüz minlərlə litr suya qənaət olunacağı gözlənilir.

Sudan istifadəyə icbari şəkildə məhdudiyyətlərin qoyulması ABŞ-da ilk dəfə baş verir. Bəzi kalifoniyalılar bunun əleyhinədir. Onlar iddia edir ki, suya qənaət könüllü olmalıdır. Ancaq davamlı quraqlığın qarşını almağa yönəlmiş bundan öncəki tədbirlər vəziyyətin yaxşılaşdırılmasına nail olmayıb.

Qubernator əhaliyə həyat tərzinin dəyişməsinə hazır olmaq barədə xəbərdarlıq edib.

“Çəmənliklərin hər gün sulanması artıq keçmişdə qalacaq. Və təbii ki, biz hər şeyi bir gecədə dəyişməyəcəyik, amma biz artıq keçid dövründəyik”.

Cənubi Kaliforniyanın bəzi isti yerlərində keçid dövrü artıq başlayıb. Yayda çəmənlikləri yaşıl saxlamaq üçün onları sulamaqdansa, artıq bir çox ev sahibi onları yaşıl rəngə boyayan şirkətlərlə çalışır.

“Quraqlıq olduğu üçün çəmənliyi çox sulamaq olmaz, biz hamımız suya qənaət etməliyik. Bu çox yaxşı fikirdir”.

Qurumuş çəmənlikləri boyayan Lucky Lawn şirkəti boyanın ot üçün xeyirli olduğunu iddia edir çünki boya onları zərərli ultrabənövşəyi şüalardan qoruyur.

Quraqlıq olduğu üçün çəmənliyi çox sulamaq olmaz, biz hamımız suya qənaət etməliyik.

“100 faiz zəhərsizdir. Artıq quruyandan sonra heyvanlar, uşaqlar və bütün ailə həyətə çıxıb çəmənlikdə istirahət edə bilər”.

Quraqlığın təsirinə ən çox məruz qalanlar isə Kaliforniya fermerləridir. Bir qrup riyaziyyatçı onlara yardım etməyə çalışır.

“Bir insan sudan az istifadə edərək mümkün qədər çox gəlir əldə etmək istəyir ki, eyni zamanda bazar tələblərini də yerinə yetirsin. Beləliklədə riyaziyyatçılar olaraq, biz problemə fərqli bucaqdan baxmaq istəyirik. Məsələn, burada nə yetişdirmək olar”?

Qubernator Braun deyib ki, Kaliforniya inkişaf etmiş ştatdır və burada insanlar bir araya gələrək daha yaxşı həyat qurmağa çalışır. Cənab Braun bunun mühafizə, əməkdaşlıq və innovasiya tələb etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG