ASEAN-a üzv dövlətlərin və onun dialoq üzrə tərəfdaşlarının xarici işlər nazirləri Myanmadakı qanlı hərbi rejim, Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsi və iqlim dəyişikliyi də daxil olmaqla, əsasən regional və qlobal böhranlarla bağlı Pnom Pendə keçirilən sammitə toplaşır.
İyulun 29-dan avqustun 5-dək davam edəcək bir sıra görüşlərdə ABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı nəzərə alınarsa, Ukraynanın diqqət mərkəzində olacağı gözlənilir.
Pnom Pendəki Asiya Baxışı İnstitutunun prezidenti Çean Vannaritin dediyinə görə, ASEAN daxilində fərqli ittifaqlar son sammitlərdə Rusiyanın müharibəsi ilə bağlı birgə bəyanatların verilməsinə qarşı olub.
“Qərb Rusiyanın iştirakına qarşı olduğu üçün gərginlik və mübahisələr, yaranacaq. Konsensusa nail olmaq çətindir, çünki onun artıq iki bloku var” - deyə, Çean Vannarit Amerikanın Səsinə bildirib.
ASEAN-a dəyişən sədri kimi Kambocaya COVID-19 böhranından sonra iqtisadi fəaliyyətin canlandırılması, o cümlədən regional və beynəlxalq əməkdaşlığı təşviq etməkdən tutmuş Rusiyanın Ukraynanın əsas limanları bloklada etməsindən sonra ərzaq təhlükəsizliyinin təmin edilməsinə qədər bir sıra işlər tapşırılıb.
ASEAN-ın 10 üzvü - Sinqapur, Tayland, Vyetnam, Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma və Filippinə dialoq üzrə 11 tərəfdaşın - Avstraliya, Kanada, Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya Yeni Zelandiya, Cənubi Koreya, Rusiya, Böyük Britaniya və ABŞ kimi ölkələrin yüksək səviyyəli diplomatları da qoşulacaq.