Accessibility links

Kamran Mahmudov: Pegasus olayı cəmiyyətdə rezonans doğurmadı


Müstəqil jurnalist Kamran Mahmudov Amerikanın Səsinə müsahibəsində Pegasus casus proqramı ilə bağlı qalmaqalın Azərbaycan cəmiyyətində rezonans yaratmaması və media təmsilçilərinin kibertəhlükəsizliyinin qorunması istiqamətində beynəlxalq təşkilatların ata biləcəyi addımlardan danışıb.​

Kamran Mahmudov: Pegasus olayı cəmiyyətdə rezonans doğurmadı
please wait

No media source currently available

0:00 0:05:39 0:00


Amerikanın Səsi: Pegasus proqramı vasitəsilə dünyanın bir sıra siyasətçiləri, ictimai xadimləri, jurnalistlər izlənilirdi və dinlənilirdi. Bu proses Azərbaycanda da bir sıra insanlara qarşı baş veib. Azərbaycanda Pegasusun qurbanına çevrilən bir çox şəxsin siyahısı açıqlanıb. Sizin adınız açıqlanan adların sırasında yox idi, amma bu, tam siyahı da deyildi. Bir jurnalist kimi belə bir şeylərın sizin barənizdə də ola bilməsi haqqında şübhələriniz yaratmayıb?

Kamran Mahmudov: Təbii ki, yarandı. Amma konkret bir şey deyim. Jurnalistlər faktlarla danışmalıdır. İlkin siyahıda adımız yox idi. Amma adımızın orada olub-olmaması istisna hal yaratmır ki, bizi də izləyiblər, dinləyiblər. Mən və mənim kimi bir çox jurnalist, vətəndaş cəmiyyətindən olanlar illərlə təqib və təzyiqlərə, bir çox formada izlənmələrə məruz qalıblar. O cümlədən də mən. Ona görə də mənim orada olub olmamağımı, yəni bu açıqlanmasa belə, düşünürəm ki, istisna deyil.

Amerikanın Səsi: Bəs cəmiyyətin reaksiyasını necə qiymətləndirərdiniz? İctimai rəydə Pegasus skandalı rezonans doğurdumu?

Kamran Mahmudov: Səmimi deyəcəm, doğurmadı. İnsanlar bir şeyi artıq çox gördükləri üçün artıq bu onlar üçün adiləşir. Ona görə də artıq Peqasus məsələsi insanları təəccübləndirmədi. Bəlkə də az-çox maraqlandılar və üzlərini çevirdilər ki, əşi olub da getdilər. Çünki biz izləmələrin Peqasus variantını yox, son bir ildə başqa variantını görmüşük. Kimlərinsə yenə də şəxsi həyatları ilə bağlı çox təəssüf ki, ötən il biz yenə də şahidi olduq, müxalifət liderlərin və digər şəxslərin şəxsi həyatları ilə izlənilməsi və ortaya qoyulması, o, cəmiyyəti belə maraqlandırmadı. Cəmiyyətdə reaksiya doğurmadı. Hətta deyərdim ki, bir az da əks reaksiya doğurdu. Onu dəyənlərin özlərinə qarşı əks reaksiyalar oldu.

Amerikanı Səsi: İddia olunur ki, izləməyə hətta yüksək çinli məmurlar və deputatlar, iqtidaryönlü jurnalistlər də məruz qalıb. Bunun səbəbi nə ola bilər, bu, siyasi hakimiyyətin onlara etimad etməməsinin göstəricisi kimi qəbul edilə bilərmi?

Kamran Mahmudov: Təbii ki, doğru təsbitdi. İqtidar bununla onu göstərir ki, mən heç kimə etibar etmirəm. Özümə də etibar etmirəm. Hətta adlar açıqlanmadı, amma belə bir versiya da var ki, çox yüksək çinli şəxslərin adları var həmin siyahıda. Adlar açıqlanması ona görə də tam dəqiq deyə bilmərəm. Bu onu göstərir ki, heç kimə etibar eləmirlər. Hamıdan nədənsə qorxurlar. Bilirsiniz bu nəyin göstəricisidir ki, hamının yanında hansısa bir əyri işləri var. Ona görə heç kimə etibar etmirlər.

Amerikanın Səsi: Sizcə bu tipli hadisələrin baş verməməsi üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir?

Kamran Mahmudov: Əslində gözlənti budur. Çox böyük gözlənti var bununla bağlı. Şəxsən mənim də bir jurnalist olaraq gözləntim var bunula bağlı. Bilirsiniz beynəlxalq təşkilatlar bəlkə də artıq yorulublar. Bilirsiniz ki, Azərbaycan və Azərbaycan kimi ölkələrin sayı az deyil. Bu kimi hallarla mübarizə aparmaqdan yorulublar. Bir də bu, həm də onlar üçün bir işdir. Onlar hadisələrin içində olmadıqları üçün can yandırmırlar. Onlardan qınaq da var, eyni zaman da gözlənti də var. Beynəlxalq təşkilatlar bu məsələnin üstündə daha çox dayanmalı idilər. Mən gözləyərdim ki, hətta bu kimi hakimiyyətlərə qarşı sanksiya da tətbiq edərdilər ki, bəlkə hansısa formada dərs götürəydilər.

Amerikanın Səsi: Beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatları media təmsilçilərinin kibertəhlükəsizliyinin qorunması üçün nələrsə edə bilərmi?

Kamran Mahmudov: Edə bilərlər. Amma etmək istəsələr. Yenə, səmimi danışacam. Biz ümumiyyətlə illər ərzində guya ki, mediaya yardım üzrə beynəlxalq təşkilatların, donor təşkilatların və digər təşkilatların mediaya yardım formasında, hansısa bir formada, bir dəstək verdiklərini guya ki, görürük . Amma Azərbaycanda medianın mövcud vəziyyəti bu dəstəyin heç də doğru istiqamət üzrə xərclənmədiyini göstərir. Bayaq dediyim kimi sanki onnlar buna bir iş kimi yanaşırlar. Azərbaycanda media azadlığı yoxdur, gəlin bununla bağlı bir iş görək. Gördük, ayırdıq. Amma nəticəni yoxlamaq onlar üçün bir şey deyil. Sadəcə vərəqdə bir quş qoymaq, bu işi gördük. Bax bu kimi yanaşırlar bu məsələyə. Ona görə də mən düşünürəm ki, əgər etmək istəsələr edərlər, amma təəssüf ki, biz bunu hələ ki, görmürük.

Xatırlatma

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və ictimai fəalların telefonlarının izlənməsinə dair bu il iyulun 18-də yaydığı araşdırmaya əsasən, Azərbaycan jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edilib. Sızdırılan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanıb.

Rəsmi Bakı bu araşdırma ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG