Accessibility links

Kanada səudiyyəli qıza sığınacaq verib


Rahaf Məhəmməd Əl-Qunun

Kanadanın Xarici İşlər Nazirliyi şənbə günü, gənc səudiyyəli qadın həyatının təhlükədə olduğundan qorxduğu üçün Kanadaya qaçandan sonra bildirib ki, Kanada “qadın haqlarının insan haqları olduğuna” inanır.

Şənbə səhər Seul vasitəsilə Tailanddan Kanadanın Toronto şəhərinə gələn on səkkiz yaşlı Rahaf Məhəmməd Əl-Qununu xarici işlər naziri Kristia Frilend qarşılayıb.

Əl-Qunun həyatı üçün qorxduğu üçün ailəsindən qaçandan sonra Kanada ona sığınacaq verib.

“Kanada və dünya boyu çox çox sayda qadın təhlükəli vəziyyətdədir”, Frilend Toronto hava limanında müxbirlərə bildirib. “Təkcə biq qadın və ya qızın təhlükəli vəziyyətdə olması belə çoxdur” – o deyib.

Frilend əlavə edib ki, Əl-Qununa sığınacaq vermək “Kanadanın Kanada və bütün dünyada qadın və qızları dəstəkləmək siyasətinin bir hissəsidir”.

Əl-Qunun hava limanında qısa müddət müxbirlərin önünə çıxsa da, Frilend onun “uzun səfərdən sonra çox yorğun olduğu üçün” danışmağı rədd etdiyini söyləyib.

Kanadanın baş naziri Castin Trudo ölkənin Əl-Qununu sığınacaqla təmin etdiyi təsdiq edib və yeniyetmənin Kanadada yaşamağı seçdiyini deyib.

Avstraliya daxil olmaqla bir neçə ölkə Əl-Qununun sığınacaq tələbini qəbul etmək üçün BMT-nin qaçqın agentliyi ilə danışıqlar aparırdı.

Trudo deyib ki, Kanada Əl-Qununa sığınacaq verməkdən “məmnundur” çünki “Kanada dünya boyu insan haqları və qadın haqlarını müdafiə etməyin vacibliyini dərk edir”.

Alqunun yanvarın 5-də ailəsindən qaçaraq Küveytdən təyyarə ilə Banqkoka gəlib. İlk öncə Tailanda girişinə icazə verilmədiyi üçün o, özünü hava limanındakı hotel otağına qapadıb və Twitterdə şəkillərini paylaşaraq, qlobal diqqəti üzərinə çəkib. Bu diqqət nəticəsində Tailandın immiqrasiya rəsmiləri ilkin qərarını dəyişməyə vadar olub.

Əl-Qunun ailəsini zorakılıqda ittiham edib və Banqkoka səfər edərək onu Səudiyyə Əərbistanına geri aparmaq istəyən atası ilə görüşməkdən imtina edib.

“Mənim ailəm tələbkardır və bir dəfə saçımı kəsdiyimə görə məni altı ay otaqda bağlı saxlayıb. Mən 100 faiz əminəm ki, Səudiyyə həbsxanasından çıxdığım an, onlar məni öldürəcəklər” – deyə, o Tailanddaikən tvit ataraq bildirib.

Bir digər səudiyyəli qadın Dina Laslum 2017-ci ildə Səudiyyə Ərəbistanından qaçmaq üçün Filippinə getmişdi.

Hava yolları şirkətinn təhlükəsizlik rəsmisi onun ağzı, qolları və ayaqları bağlı şəkildə hava limanından çıxarıldığını görüdüyünü bildirmişdi. İnsan haqları fəalları o zamandan bəri onun izini tapa bilməyib.

XS
SM
MD
LG