Accessibility links

Kanada 25 min Suriyalı qaçqını qəbul etməyə qərar verib [Təhlil]


Kanadanın yeni seçilmiş baş naziri Castin Trudeu bu ilin sonunadək 25 min Suriyalı qaçqının yerləşdirilməsi planını elan edib.

Kanadanın yeni seçilmiş baş naziri Castin Trudo bu ilin sonunadək 25 min Suriyalı qaçqının ölkədə yerləşdirilməsi planını elan edib. Rəsmi açıqlama ilə yanaşı Yaxın Şərq boyu fəaliyyət göstərən humanitar təşkilatlar bu ilin sonunadək suriyalı qaçqınların Kanadaya təyyarə ilə kütləvi şəkildə göndərilməsi məsələsini nəzərdən keçirir. Bu, Suriyada yüz minlərlə insanın ölümü və milyonlarla insanın məcburi köçkün olması ilə nəticələnmiş vətəndaş muharibəsinin başlamasından bəri qaçqınların hava yolu gətirilədiyi ən böyük əməliyyat olacaq.

Kanadanın hava yolları şirkəti təyyarələrini kampaniyaya yardım üçün təklif edib. Təyyarələr qaçqınların məskunlaşdığı Livan və Türkiyəyə ərazilərinə uçacaq.

Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, bu əməliyyata başlamaq üçün Kanadadan "yaşıl işıq" gözləyidilər.

Kanadalıların rəyi

Kanadalılar Trudonun təklifinə görə ikiyə ayrılıblar. Kanadada keçirilən ictimai rəy sorğusu göstərib ki, sorğuda iştirak edənlərin yarıdan çoxu hökumətin bu planını dəstəkləmir. 41 faiz isə lahiyəyə razılıq verib.

İki uşaq anası Klaudia Blum Amerikanın Səsinə bildirib ki, o gələn həftə suriyalı oğlanı qarşılamağa hazırlaşır. O və bir neçə kanadalı ailə bütün xərcləri qarşılamağa razılaşıb.

“Mənim həyat yoldaşım və mən düşərgələrdə olan qaçqınların gördükdə sarsıldıq. Biz dostlarımıza bizə qoşulmasını istədik. Biz indi 17 nəfərik,” deyə Blum bildirir.

Blum BMT qaçqınlar agnetliyinin təsis etdiyi proqrama fərdi müraciət edərək sponsorluğu öhdəsinə götürüb.

Dekabr ayının sonunda oğlanın digər ailə üzvlərinin də Kanadaya gələcəyi gözlənir.

“Biz Milad bayramını bütün ailə ilə birlikdə keçirməyi planlaşdırırıq,” Blum deyib.

Kanada və ABŞ

Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

25 min Suriyalı qaçqın arasında neçə nəfərin Kanadaya dövlətin sponsorluğu və ya özəl şəkildə gətiriləcəyi hələlik aydın deyil.

Kanadanın hava yolu ilə qaçqınların gətirilməsi lahiyəsi ABŞ Nümayəndələr Palatasının 10 min suriyalı və iraqlı qaçqının Birləşmiş Ştatlara gəlməsinin heç bir təhlükəsizlik riski olmadığı təhlükəsizlik agentlikləri tərəfindən təsdiqlənənədək təxirə salınması barədə qərar çıxarması ilə eyni vaxta təsadüf edir.

Səsvermə Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror hücumlarından sonra baş verib. Hücumda günahkar bilinən şəxsin Avropaya suriyalı qaçqın olaraq gəldiyi güman edilir.

Qərar 289-137-yə səs fərqi ilə Nümayəndələr Palatasında təsdiq edilib. Senatda qərarın təsdiq edilib-edilməyəcəyi isə hələlik məlum deyil. Prezident Barak Obama qərar Senatdan keçsə veto hüququndan istifadə edəcəyini bildirib.

Eyni zamanda, Paris hücumlarından sonra Avropa ölkələri öz sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirərək, qaçqın proqramlarını yenidən nəzərdən keçirməyə başlayıb.

Yersiz şüphələr

BMT-nın baş katibi Ban Ki-mun.
BMT-nın baş katibi Ban Ki-mun.

BMT-nin Baş katibi Ban Ki Mun keçən həftə cümə günü çıxışı zamanı miqrant və qaçqınlar, xüsusi ilə də müsəlmanlarla bağlı şübhələrin yersiz olduğunu deyib.

“Biz miqrant və qaçqınların insan haqlarını qorumalıyıq. Xüsusən də ksenofobiya və ayri-seçkiliyin artması riski qarşısında”-deyə o, Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.

Suriya ilə qonşu ölkələr olan İordaniya, Livan və Türkiyə Suriya və İraqdan gələn qaçqınları öz ərazilərində yerləşdirib. “Bir neçə ölkənin bu böhranı üzərinə götürməsi məsələdən çıxış yolu deyil,” deyə Ban bildirib.

Suriyada hökumətə qarşı etirazlar kimi başlayıb, daha sonra vətəndaş müharibəsinə çevrilən münqaişədə təqribən 250 min insan həyatını itirib.

XS
SM
MD
LG