Accessibility links

“The Captain and Tennille” duetinin “Kapitanı” vəfat etdi


1970-ci illərin populyar “The Captain and Tennille” duetinin “Kapitanı”, musiqiçi Deril Draqon çərşənbə günü böyrək xəstəliyi səbəbindən 76 yaşında vəfat edib.

Draqon rok və blüz janrlarına dərin sevgisi olan, “The Beach Boys” və B.B. King kimi məşhurların musiqi qrupunda klaviaturada çalan Hollivud bəstəkarınin oğludur.

O, “Kapitan” təxəllüsünü çıxışları zamanı başına qoyduğu kapitan papağına sevgisinə görə götürüb.

Toni Tenillə tanış olduqdan və evləndikdən sonra cütlüyün ilk “Love Will Keep Us Together” manhısı ilin Grammy mükafatına layıq görülüb. Bundan sonra “Muskrat Love” və “Shop Around” mahnıları da daxil olmaqla, cütlüyün bir çox mahnısı hitə çevrilib.

Onlar 5 il əvvəl boşansa da, aralarında dostluq münasibəti saxlayırdı. “Kapitan” ölərkən Tennil onun yanında idi.

XS
SM
MD
LG