Accessibility links

Kapitoli qarşısında atışma


Vaşinqton şəhərinin polisi “aqressiv görünən” qadının idarə etdiyi maşınını Kapitoli binası qarşısında keşik çəkən polisin üzərinə sürdüyünü bildirib. Polis qadının həbs edildiyini deyib.

Kapitoli polisinin nümayəndəsi Yeva Maleçki terrorla bağlı iddiaları inkar edərək, insidentin terrorizmlə əlaqəsi olmadığını bildirib.

Maleçkinin sözlərinə görə, polis sürücü hadisə yerindən qaçmaq üçün maşını geri döndərməyə çalışan zaman onu saxlayıb. Polis şübhəlini maşını saxlamağa məcbur etmək məqsədilə bir neçə dəfə atəş açıb.

Hadisənin şahidlərindən biri Amerikanın Səsinə səhər saat 10 radələrində şübhəlinin maşını sürətlə sürdüyünü deyib.

Təcili yardım maşınları hadisə yerinə gəlib. Lakin Vaşinqton şəhərinin yanğınsöndürən idarəsinin sözçüsü Daq Byukanan heç kəsin xəstəxanaya aparılmadığını deyib. İnsidentin Kapitoli binasının yaxınlığında baş verməsilə əlaqədar çox sayda polis qüvvəsi hadisənin baş verdiyi yerə gətirilib.

Kapitoli binası ətrafında küçələr bağlanıb.

Qanunvericilərə hadisənin baş verdiyi yerdən uzaq durmaq haqda göstəriş verilib. Lakin həm Senat, həm də Nümayəndələr Palatasında insidentin baş verməsindən bir neçə dəqiqə sonra planlaşdırılmış dinləmələr vaxtında keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG