Accessibility links

Karnegi Fondunda Forum: Türkiyə-Ermənistan Yaxınlaşmasının Perspektivləri


Karnegi Fondunda Forum: Türkiyə-Ermənistan Yaxınlaşmasının Perspektivləri
Karnegi Fondunda Forum: Türkiyə-Ermənistan Yaxınlaşmasının Perspektivləri

Karnegi Fondunda bir araya gələn ekspertlər “Ermənistan və Türkiyə - Mövqe Fərqlərini Aradan Qaldırarkən” başlıqlı forumda iki ölkə arasında imzalanan protokolların ratifikasiya edilməməsindən narahatlıqlarını izhar etdilər.

Türkiyə ilə Ermənistan arasında yaxınlaşma böhranla üzləşir. ABŞ Dövlət Katibi Hillari Klintonun vasitəçiliyi ilə normallaşdırma və tanınma haqda imzalanan protokollar ratifikasiya edilməyib. Dünya boyu ermənilər aprelin 24-də “genosid” gününü qeyd etməyə hazırlaşdıqları bir vaxtda Ankara Konqresin xarici əlaqələr komitəsində genosidlə bağlı səsvermə üzündən səfirini geri çağırdı. Karnegi Fondunda bir araya gələn ekspertlər “Ermənistan və Türkiyə - Mövqe Fərqlərini Aradan Qaldırarkən” başlıqlı forumda iki ölkə arasındakı yaxınlaşmanın perspektivlərini müzakirə etdilər. Çıxış edən təhlilçilər Lihay Universitetinin professoru Henri Barki, Türk-Erməni Barışıq Komissiyasının (TEBK) təsisiçisi Deyvid Filips və Karnegi Fondunun aparıcı elmi tədqiqatçısı Tom de Vaal idilər.

Məsələyə Türkiyə perspektivindən yanaşan Henri Barki rəsmi Ankaranın Ermənistanla yaxınlaşma siyasətinin motivlərinə nəzər saldı. Onun sözlərinə görə Türkiyə prezidenti Abdullah Gülün Yerevana səfəri və buradan meydana çıxan futbol diplomatiyası ölkələr arasında yaxınlaşmaya stimul yaratdı. Bir çoxları hesab edirdi ki, bu addımı atmaqla Türkiyə ABŞ-da hakimiyyətə yenicə gəlmiş Barak Obama administrasiyasının erməni genosidini tanımasının qarşısını almağa çalışırdı və ermənilərlə yaxınlaşma qabaqlayıcı xarakter daşıyırdı. Lakin professor Barkinin fikrincə ortada daha dərin bir proses baş verir. Türkiyədə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası ölkənin regional və qlobal müstəvidə nüfuzunu genişləndirmək əzmindədir. Bu baxımdan onlar Türkiyə diplomatiyasında bir renessans yaratmağa səy göstərirlər. Ermənilərlə də yaxınlaşmaya məhz Türkiyənin bütün qonşuları ilə başlatdığı "sıfır problemi" siyasəti nöqteyi nəzərindən baxmaq lazımdır ki, bu mürəkkəb siyasətinin arxasında Türkiyənin siyasi və iqtisadi qüdrət kimi rolunu artırmaq məramı dayanır. Lakin protokollara imza artan Rəcəb Təyyib Ərdoğan hökuməti Azərbaycanın sərt reaksiyasını və türk ictimai rəyini qabaqcadan nəzərdə saxlamamışdı. Bu iki faktor Ankaranı mövqeyindən qismən geri çəkilməyə vadar etdi.

Amerika Universitetində Konfliktlərin Qarşısının Alınması və Sülh Yaratma proqramının direktoru Deyvid Filips Türk-Erməni Barışıq Komissiyasının (TEBK) rəhbəri kimi qurumun fəaliyyətindən söz açdı. 2001-ci ildə komissiyasnın təsis oldunduğunu deyən Deyvid Filips əsas məqsədin erməni və türk ictimaiyyətləri arasında birbaşa mübadilələri təşkil etmək olduğunu söylədi. Onun sözlərinə görə bu son dərəcə çətin bir iş idi. Belə ki, hər iki tərəfədən diskussiyalarda ortaq məxrəcə gəlinməsinə müqavimət sezilirdi. Ermənistan və Türiyə hökumətlərinin TEBK ilə əməkdaşlığı alqışlayan cənab Filips komissiyanın fəaliyyəti dönəmində xeyli uğurların əldə oldunduğunu vuröuladı. Bu müddətdə o, alimlər, musiqi ansamblları və biznes qrupları arasında mübadilələr təşkil edildiyini, erməni və türk gənclər araüsında mütəmadi forumların keçirildiyini söylədi. Onun sözlərinə görə protokolların ratifikasiya edilib edilməməsindən asılı olmayaraq Türkiyə və Ermənistan ictimaiyyətləri arasında qarşılıq etmiad hissini yaratmaq mühümdür.

Karnegi Fondunun təhlilçisi Tom de Vaal əsas olaraq diqqəti Cənubi Qafqaza yönəltdi. Onun sözlərinə görə müəyyən mənada Qafqazda insanların baxışları 18 və ya 19-cu əsrin təfəkkürün əks etdirir. Heç kəs kompromisə meylli görünmür və başqasının ilk addım atmasını tələb edir. Bu faktoru "Qafqazın Qarğışı" adlandıran de Vaal Türkiyənin göstərdiyi son təşəbbüslərin regionda yaranmış durğunluğun aradan qalxmasına ən vədverici şans olduğunu söylədi. Bu, indiki halda azsaylı amillərdən biridir ki, destruktiv status-kvonu dəyişmək iqtidarındadır. Azərbaycan öz qısa müddətli maraqlarından çıxış edərək Ermənistana qarşı təzyiq vasitəsi kimi baxdığı sərhədlərin bağlılığını saxlmaq istəyir. O biri tərəfdən, Tom de Vaalın sözlərinə görə, əgər sərhədlər açılar və Türkiyə ilə Ermənistan arasında normal diplomatik münasibətlər yaranarsa, bundan bütün tərəflər bəhrələnə bilər. Beləliklə erməni cəmiyyətində türklərə qarşı sərt münasibət dəyişməyə başlayar, və hətta rəsmi Bakının gözləntilərinin əksinə olaraq, Türkiyənin Ermənistana müsbət təzyiq imkanları daha da genişlənər.

Natiqlərin məruzələrindən sonra forum iştirakçıları arasında sual-cavab sessiyası başladı. Sual-cavab zamanı nüvə sammiti çərçivəsində türk və erməni liderlərin Vaşinqtonda mümkün görüşü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri və protokolların taleyi ətraflı müzakirə edildi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG