Accessibility links

Kataloniyanın sabiq lideri Belçikaya dönüb


Kataloniyanın sabiq lideri Karles Puiçdemon, İspaniyanın onu üsyan ittihamları ilə Almaniyadan ekstradisiya etmək cəhdləri uğursuz nəticələnəndən sonra, Kataloniyanın separatçı hərəkatına dəstək toplamaq üçün Belçikaya geri dönüb.

Puiçdemon şənbə səfər Brüsselə gələrək, orada Puiçdemonu görmək üçün İspaniyadan gələn Kataloniyanın yeni regional prezidenti Quim Torra ilə görüşüb.

Puiçdemon oktyabr ayında Kataloniyanın şimal-qərbində separatçı qanunvericilərin qeyri-qanuni şəkildə müstəqillik elan etməsindən sonra İspaniyadan qaçıb.

O, mart ayında maşında Finlandiyadan Belçikaya dönərkən İspaniyanın həbs qərarı ilə Almaniyada saxlanılıb.

Lakin Almaniya məhkəməsi Puiçdemonu üsyan ittihamı ilə ekstradisiya etməkdən imtina etdikdən sonra İspaniya hakimi onunla bağlı beynəlxalq həbs qərarını geri çəkib.

Lakin İspaniyaya geri dönsə, Puiçdemon həbs oluna bilər.

XS
SM
MD
LG