Accessibility links

Keniyada qanlı hücum


kenya
kenya
Keniya prezidenti Uhuru Kenyatta bildirib ki, paytaxt Nayrobidə hücum həyata keçirənlərdən ən az biri öldürülüb.Şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində baş verən atışma zamanı həlak olanların sayı 59-a çatıb. 175 insanın isə yaralandığı bildirilir.

Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb. Hücum edən şəxslər avtomat silahdan və əl qumbaralarından istifadə edib.


Qeyd edək ki, Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Hadisəni törədən şəxslərdən birini öldürən polis habelə qalanları mərtəbələrin birində mühasirəyə almağa müvəffəq olub. Terrorçuların polislə danışıqlar aparmaq niyyətində olmadığı bildirilir.

XS
SM
MD
LG