Accessibility links

Kennedinin qətli ilə bağlı sənədlərin sonuncu hissəsi ictimailəşdirildi [Video]


Kennedinin qətli ilə bağlı sənədlərin sonuncu hissəsi ictimailəşdirildi
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Prezident Kennedi 1963-cü ilin 22 noyabr tarixində Texasın Dallas şəhərində həyat yoldaşı Jaklin ilə birlikdə maşında olarkən qətlə yetirilib.

Mühafizə xidmətinin agenti Klin Hil prezidentə atılan ölümcül atəşdən sonra prezident limuzininə tərəf qaçdı.

“Mən düşündüm ki, prezident ölümcül yaralanıb, amma tam əmin deyildim. Xanım Kennedi “Cek, səninlə nə etdilər. Mən səni sevirəm” deyirdi.”

Sovet İttifaqı ilə əlaqələri olan Li Harvi Osvald Kennidinin ölümündə ittiham edildi.

Osvald bir neçə gündən sonra gecə klubu sahibi Cek Rubi tərəfindən öldürüldü. Bununla da konspirasiya nəzəriyyələri yayılmağa başladı.

Prezident Donald Tramp Twitter vasitəsilə Con Kennedinin qətli ilə bağlı sənədlərin sonuncu hissəsini ictimailəşdirəcəyini elan edib.

Ekspert Larri Sabato deyir ki, Kennedinin ölümü ilə bağlı bütün sənədlərin ictimailəşdirilməsi çoxlu suallara cavab tapmağa kömək edəcək.

“Bu çox əhəmiyyətli bir an olacaq. Belə ki, 54 ildən sonra, tədqiqatçılar Kennedinin öldürülməsi ilə bağlı hökümətin sahib olduğu bütün sənədlərə çıxış əldə edəcəklər.”

Xüsusilə də, Sabato və digər ekspertlər Osvaldın qətldən öncə Mexiko şəhərində Sovet İttifaqı və Kuba səfirliklərindəki görüşləri ilə bağlı müxtəlif hökümət idarələrinin fikrini əldə edəcəklər.

“Mən bilmək istəyirən ki, onlara daha öncədən nə məlum idi. Bir də öyrənmək istəyirəm ki, onların daha öncə məlumatları var idisə, nə üçün digərlərinə məlumat verməyiblər.”

Uoerren Komissiyası belə qəanaətə gəlib ki, Osvald təkbaşına olub. Amma Sabato deyir ki, ictimaiyyət bununla bağlı skeptikdir.

“Bu məsələdə konspirasiyaya inanan amerikalıların sayı 60 faizdən 75 faizə qədər artıb. Aydındır ki, amerikalılar Li Harvi Osvaldın bunu tək etdiyinə inanmırlar.”

Skeptizmə baxmayaraq, qətldə Osvaldan başqa kiminsə iştirak etdiyini göstərəcək heç bir əsaslı sübut yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG