Accessibility links

Kerri: Hərbi təyyarələrin Suriya üzərində uçuşları dayandırılmalıdır


ABŞ dövlət katibi Con Kerri BMT Təhlükəsizlik Şurasında çıxış edir
ABŞ dövlət katibi Con Kerri BMT Təhlükəsizlik Şurasında çıxış edir

ABŞ dövlət katibi Con Kerri deyib ki, Suriyada atəşkəs razılığının xilas edilməsi üçün hərbi təyyarələr ölkənin əsas bölgələri üzərində uçuşları dayandırmalıdır.

“Mən inanıram ki, prosesə etibarın bərpa olunması üçün gərginliyin azaldılması və humanitar yardımın maneəsiz çatdırılmasına imkan yaradılması məqsədilə ölkənin əsas bölgələri üzərində uçan bütün təyyarələrin yerə enməsinə çalışmalıyıq”-deyə Con Kerri BMT-nin Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli iclasda bildirib. “Bu baş versə, prosesə etibarın qaytarılması imkanı var”-deyə o əlavə edib.

Con Kerri deyib ki, bu qadağa “Suriyanın Nusraya qarşı bəhanəsi ilə mülki vətəndaşları hədəf alması kimi əvvəllər dəfələrlə gördüyü işin qarşısının alınmasına” kömək edə bilər.

Nusra və İŞİD atəşkəs haqda razılığa daxil olmayan iki terrorçu qrupdur. ABŞ və Rusiya bu qrupları dəf etmək üçün bir-biri ilə əməkdaşlıq etməlidir.

Con Kerri deyib ki, o, Vaşinqtonun hələ də diplomatik həll yoluna üstünlük verdiyini Rusiya üçün vurğulamağa çalışıb.

“Birləşmiş Ştatlar inanır ki, irəliyə yol var və nə qədər mürəkkəb və qeyri-müəyyən olsa da bu, qırğına son qoyulması üçün ən münasib yoldur.”

Kerri əlavə edib ki, Suriyada münaqişənin bundan artıq pisləşə bilməyəcəyini düşünənlər yanılır. O bildirib ki, Cenevrədə iki həftə bundan əvvəl Rusiya və ABŞ arasında əldə olunmuş atəşkəs planı qüsurlu olsa da, bundan daha yaxşı nəticəyə gətirib çıxaracaq başqa real alternativ mövcud olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG