Accessibility links

Kerri: Suriya ilə bağlı yeni razılığa yaxınıq


ABŞ dövlət katibi bu açıqlamanı Rusiya xarici işlər naziri ilə görüşündən sonra verib

ABŞ dövlət katibi Con Kerri bildirib ki, düşmənçiliyin dayandırılması razılığı ilə yaşanan qısa sakitlikdən sonra Suriya vəziyyət drammatik şəkildə pisləşib. Onun sözlərinə görə, ABŞ və Rusiya daha davamlı vəziyyət barədə yeni razılığın əldə olunmasına yaxındır.

Kerri Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra mətbuata açıqlama verib. Onlar hərbi əməkdaşlıq və məlumatların bölüşülməsinə dair razılığın yollarını müzakirə ediblər. Məqsəd Suriyada hər iki tərəfin düşmən hesab etdiyi İslam Dövlət terror qruplaşmasını məğlub etməkdir.

Kerri Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra mətbuata açıqlama verib. Onlar hərbi əməkdaşlıq və məlumatların bölüşülməsinə dair razılığın yollarını müzakirə ediblər.

Kerrinin sözlərinə görə, suriyalılar Fevral Sazişindən sonra bir qədər rahatlasalar da, razılıq pozulmağa başlayandan sonra vəziyyət yenidən pisləşib.

O deyib ki, atəşkəs, hətta müvəqqəti də olsa, yararlı olub. Ancaq dövlət katibi daha sonra gözləntilərin əksimə olaraq zorakılıqların yenidən normaya çevrildiyini deyib.

Hərbi həll yolu yoxdur

Hər iki lider görüş zamanı bildirib ki, Suriyadakı vəziyyətdən hərbi çıxış yolu yoxdur.

Con Kerri deyib ki, son bir neçə həftədə baş tutan danışıqlar faydalı və məhsuldar olub. Onun sözlərinə görə, həll tapmalı olan məsələlər əsasən texnikidir və qarşıdakı günlərdən bütün fikir ayrılıqlarına son qoyulması gözlənilir.

"Siysai həll olmadan münaqişə pz həllini tapmayacaq" - deyə Con Kerri açıqlamasında bildirib.

Səudiyyə Ərəbistanına səfər edən cənab Kerri Sergey Lavrovla görüşünə dəstək olaraq cümə axşamı Səudiyyə şahzadəsi Məhəmməd Bin Salman, eləcə də Bəhreyn və Körfəz Əməkdaşlıq Şurasının diplomatları ilə görüşərək, Suriya ilə bağlı planını müzakirə edib.

Vaşinqton və Moskvanın yüksək səviyyəli diplomatları arasındakı müzakirələr Birləşmiş Ştatlar və Rusiyanın tərəfləri dəstəkləməsi ilə daha da mürəkkəbləşən Suriya böhranına qon qoya bilməyib.

Cənab Lavrovla görüş zamanı hər iki tərəfin istədiyi kimi, Suriyadakı İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlarda əməkdaşlıq etmək və məlumatları bölüşməklə bağlı razılıq əldə edilməsinə çalışılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG