Accessibility links

Con Kerri Yunanıstandadır


ABŞ dövlət katibi Bəşar Əl-Əsədin hakimiyyətdən getməməsi şərti ilə Suriya hökuməti və rəqib döyüşçülərin İslam Dövlətinə qarşı mübarizədə əməkdaşlığının mümkün olduğunu deyib.

Con Kerri bildirib ki, bünün üçün müxalif qruplar Suriya liderinin gələcəyi ilə bağlı həllin göz önündə olduğundan əmin olmalıdırlar. Onun sözlərinə görə, əks təqdirdə əməkdaşlıq mümkün olmayacaq.

Dövlət başçısının dedikləri uzun müddətdir Əsədin istefasını tələb edən Amerikanın mövqeyini dəyişməsinə işarədir.

Afinada təşkil edilən mətbuat konfransında danışan Kerri ABŞ-ın qaçqınlara yardım məqsədi ilə 24 milyon dollar məbləğində yardım ayırdığını elan edib.

Yardım BMT-nin qaçqınlar agentliyi vasitəsi ilə qaçqınları ərzaq, su və sığınacaqla təmin edəcək.

Yunanıstan yüz minlərlə suriyalı və digər qaçqınlara sığınacaq verib.

O ölkənin baş naziri Aleksis Tsiprasla görüşən dövlət katibi Amerika bizneslərinin Yunanıstana iqtisadi dirçəliş gətirmək marağında olduğunu bildirib. Con Kerri böhranın öhdəsindən gəlməyə çalışan Yunanıstanın səylərini yüksək qiymətləndirib.

XS
SM
MD
LG