Accessibility links

"Böyük Varis" [Fotoqalereya]


29 yaşlı Kim Conq Un dünyada ən gənc ölkə rəhbəridir. 2011-ci ildə atası Kim Conq İlin ölümündən sonra kommunist sülalə rejiminin sükanı onun əlinə keçib.

Kim Conq Unu Şimali Koreya rəhbərliyi “Böyük Varis” kimi ilk dəfə 2010-cu ildə təbliğ etməyə başladı. Qardaşı Kim Conq Nam 2001-ci ildə Tokyoda Disneylanda getmək istəyərkən yapon sərhədçiləri tərəfindən saxlandıqdan sonra atasının qəzəbinə tuş gəldi. Bundan sonra diktator hakimiyyəti nisbətən üzüyola sayılan ən kiçik oğluna ötürməyə qərar verdi.

Atasının ölümündən dərhal sonra dövlət mediası Kim Conq Unu “Ali Rəhbər” kimi təqdim etməyə başladı. Bir neçə ayın içərisində ona siyasi titullar və heç bir hərbi təcrübəsi olmasına baxmayaraq marşal rütbəsi verildi.

1993-98-ci illər arasında "Çol Pak" adı altında İsveçrədə ingilis dilli özəl məktəbə getmiş Kim məktəb yoldaşları tərəfindən “utancaq, sakit” oğlan kimi təsvir edilir.

Son vaxtlar Şimali Koreyanın hərbi rəhbərliyində baş verən bəzi dəyişikliklər və Kim Conq Unun həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxması yeni liderin islahata meylli olması barədə spekulyasiyalara yol açıb.
XS
SM
MD
LG