Accessibility links

2013-cü il Kim Kardaşyan üçün uğurlu il olub


Kim Kardaşyanın həyatında 2013-cü il uğurlu oldu demək olar.

2013-cü ildə Kim Kardaşyan North West adlı ilk övladını dünyaya gətirdi və repper Kanye West-lə nişanlandı. Uğurlu 12 ayının başa çatmasını qeyd edən 33 yaşlı reallıq şou ulduzu körpə Norinin onun nişan üzüyünü əlində tutduğu şəkli paylaşıb, şəklin altında da bu sözləri yazıb “Ötən il uğurlu keçdi!”. Bu arada Kim 2014-cü ili Kortni Kardaşyan və Skott Disiklə birlikdə buz üstə, xizəklə sürüşməklə qarşılayıb. Həmişə zövqlə geyinən Kardaşyan xizəklə sürüşmək üçün qara kostyum geyinib.

Sözsüz, qarşıdakı aylarda Kimi maraqlı hadisələr gözləyir. Deyilənə görə Kim yayda 36 yaşlı yeni sevgilisi ilə evlənəcək. Kanye isə təmtəraqlı toy mərasiminə döyüş təyyarələrinin də cəlb olunacağını deyib. Gözləyək görək necə olur!
XS
SM
MD
LG