Accessibility links

Klinton: Donald Trampın bütün amerikalılar üçün müvəffəq prezident olacağına ümid edirəm


Demokrat Hillari Klinton ABŞ prezident seçkilərində Donald Trampa məğlub olduğunu tanıyaraq, onun “bütün amerikalılar üçün müvəffəq prezident olacağına” ümid etdiyini bildirib.

Lakin Amerikanın ilk qadın prezidenti olmaq istəyən ABŞ-ın keçmiş dövlət katibi Klinton məğlubiyyətinə görə dəyin məyusluq hissi keçirdiyini etiraf edib. Nyu Yorkda onu alqışlayan tərəfdarları qarşısında çıxış edən Klinton deyib ki, “bu, uzun müddət davam edəcək bir ağrıdır.”

Klinton ölkədə düşünüldüyündən daha artıq fikir ayrılıqlarının olduğunu deyib. Lakin o, məğlub olmuş demokratların yeni seçilmiş prezidentə lider olmaq şans verməli olduqlarını deyib.

Klinton öz tərəfdarlarına müraciət edərək deyib: “Heç vaxt həqitət uğrunda mübarizəyə inamı itirməyin.”

Hillari Klinton bundan öncə ABŞ seçkilərində nəticələr Trampın qələbəni təmin edəcəyini göstərməsindən sonra ona telefonla zəng edərək onu təbrik edib.

2016-cı il ABŞ prezidentliyi uğrunda mübarizənin qalibi milyarder respublikaçı Donald Tramp olub. Tramp ABŞ-da seçkili orqana heç vaxt seçilməyib, hərbi qüvvələrdə xidmət etməyib və yüksək səviyyəli vəzifə tutmayıb.

70 yaşlı Donald Tramp həm də ABŞ prezidenti seçilmiş ən yaşlı namizəddir.

XS
SM
MD
LG