Accessibility links

Hillari Klinton və Donald Tramp 538 seçicinin 270 səsini qazanmaq uğrunda mübarizə aparır


ABŞ prezidentliyinə namizədlər partiyalarından rəsmi nominasiya əldə etsələr də, onların Seçki Kollegiyasının dəstəyinə ehtiyacı var.

Həm sabiq dövlət katibi Hillari Klinton, həm də respublikaçı namizəd Donald Tramp 538 seçicinin 270 səsini qazanmaq uğrunda mübarizə aparır.

Son ictimai rəy sorğularına görə, Hillari Klinton 4 əsas ştatda Trampa üstün gəlir. Klinton Miçiqan ştatında 15, Nyu Hempşirdə 9, Pennsilvaniyada 11, Floridada isə 6 xalla irəlidədir.

Bu ştatların hər birində kampaniya aparan Tramp Ağ Evdə dəyişiklik edəcəyinə ümid bəsləyir. İlk qadın prezident olacağına ümid edən Klintonun şansı böyük olsa da, aşılmaz deyil.

Siyasi tətlilçi Emi Uolter hesab edir ki, Klintonun 270-dən çox səs əldə etmək ehtimalı güclüdür.

Klintonun 270-dən çox səs əldə etmək ehtimalı güclüdür

​Orta hesabla rəylər Klintona Trampdan 6 xal irəlidə olduğunu göstərir.

Rəy sorğuları respublikaçıların Trampdan narazılıqlarını bildirməsindən sonra keçirilib.
Belə ki, oğullarını İraq müharibəsində itirən müsəlman Xızr və Qazala Xanların Donald Trampa müraciətindən sonra onun cavabı respublikaçılar arasında prezidentliyə namizədin ictimai qınağına yol açıb.

2010-cu ildə Kaliforniya ştatının qubernatorluğu yarışlarında məğlubiyyə uğrayan Meq Uitmanın New York Times-a bildirdiyinə görə, o, prezidentliyə demokrat namizəd Hillari Klintona dəstək verəcək və ona maliyyə yardımı toplayacaq.

Nyu Yorkdan respublikaçı nümayəndə Riçard Hanna Donald Trampı qeyri-səmimi demoqoq adlandırıb. O da Klintona dəstək verdiyini vurğulayaraq, Trampın Xanlar haqda dediklərinə qəzəbini ifadə edib.

Xatırladaq ki, Tram ananın susduğunu irəli sürərək, onun danışmağa icazəsi olmadığını deyib.

XS
SM
MD
LG