Accessibility links

Kolumbiya höküməti ilə solçu üsyançılar arasında atəşkəs əldə edilib


Kolumbiya və solçu FARK (Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) üsyançıları çərşənbə günü atəşkəsə dair razılıq əldə edərək, 220 min nəfərin ölümünə səbəb olan 50 ildir davam edən partizan müharibəsinə son qoyur.

Kolumbiya prezidenti Xuan Manuel Santos və üsyanşıların lideri Rodriqo Londono atəşkəs haqda razılığı dörd ildir sülh danışıqlarının aparıldığı Havanada imzalayacaq.

Kuba ilə birgə sülh danışıqlarına vasitəçilik edən Çili və Venezuela prezidentləri, eləcə də BMT-nin baş katibi Ban Ki-mun da imzalama mərasimində iştirak edəcək.

Marksist FARK üsyançıları qiyama 1964-cü ildə yoxsul insanların üsyanı adı altında başlayıb və daha sonra təhlükəli hərbi qüvvəyə çevriliblər. Qrup partizan müharibəsini maliyyələşdirə bilmək üçün narkotik maddə qaçaqmalçılığı və insan alverinə əl atıb.

Lakin üsyançılar ardıcıl olaraq Kolumbiyada höküməti deirməyə nail olmayıb. Bu hökümətlərdən bəzisi ABŞ hərbi qüvvələrindən dəstək alıb.

Atəşkəs yekun sülh razılığından öncə tərəflərin atdığı ən son ciddi addımdır.

Santos atəşkəsin bəzi kiçik məsələlər həll olunduqdan sonra iyulun 20-də qüvvəyə minəcəyini gözlədiyini deyib.

Daha sonra Kolumbiya xalqı atəşkəslə bağlı referendumda səs verəcək.

Hər iki tərəfin yekun razılığı mart ayında imzalayacağı gözlənilir. Amma sülh razığının şərtlərinin necə yerinə yetiriləcəyi və hər iki tərəfdən döyüşçülərə qarşı ittihamların irəli sürülməsi üçün müharibə cinayətlərinə dair xüsusi məhkəmədə kimin sədrlik edəcəyi ilə bağlı suallar qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG