Cümə axşamı Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təşkilatçılığı ilə "Qafqaz:Dəyişən Təhlükəsizlik Mənzərəsi" mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən ekspertlər əsasən regional təhlükəsizlik və dondurulmuş münaqişələr mövzuları üzərində fikir mübadiləsi aparıblar.
Tədbirə açılış nitqiylə başlayan CSİS-in Rusiya və Avrasiya Programının rəhbəri və baş araşdırmaçısı Andrü Kuçins konfransın əhəmiyyəti, mövzunun ümumi məzmunu və dəvət olunmuş ekspertlər barədə qısa məlumat verdikdən sonra mövzu haqqında fikirlərini bildirmək üçün sözü ekspertlərə verib.
Gürcüstanın Tbilisi Dövlət Universitetindən George Khelaşvili “Qafqaz regionundakı qeyri-sabitlik: Böyük dövlətlərin zəif regional təhlükəsizlik arxitekturasına qarşı” mövzusunda çıxış edərək, əsas diqqəti bölgədəki güc əlaqələndirilməsinin zəif olmasına, regional təhlükəsizlik qovşağının olmamasına yönəldib. O, regional təhlükəsizlik probleminin səbəbini bu problemlərdən qaynaqlandığını deyərək, koordinasiya səylərini qaydaya salmaq üçün xarici qüvvələrin yardımına ehtiyac olduğunu bildirib.
Tədbirdə “Böyük Qafqaz və Rusiya: 2008-ci ildən sonra hədəflər və problemlər” mövzusunda çıxış edən rusiyalı ekspert Sergey Markedonov bölgədə Rusiya xarici siyasətinin iki əsas priporitetdən təşkil olunduğunu, bu siyasətlərin selektiv revizionizm olduğunu və xarici ölkələrin bölgədəki maraqlarına görə dəyişdiyini bildirib. O, Qarabağ məsələsində digər Qərb dövlətlərinin yaxından iştirak etməsinə Rusiyanın normal yanaşdığını bildirib və bunu problemin həllinə beynəlxalq qüvvələrin eyni prizmadan yanaşması ilə izah edib. Lakin Abxaziya və Osetiya məsələsində Rusiya ilə Qərb arasında fikir ayrılığı olduğu üçün burada Qərbin iştirakının Rusiya tərəfindən birmənalı qarşılanmadığını deyib.
Corc Vaşinqton Universiteti Rusiya, Şərqi Avropa, və Mərkəzi Asiya üzrə Ellison Mərkəzinin rəhbəri Skot Radnitz siyasət və konspirasiya mövzusunda məruzə edib. Cənab Radnitz İran-Azərbaycan mövzusunda öz fikirlərini bildirib.
Azərbaycanı konfransda təmsil edən Diplomatik Akademiyanın Beynəlxalq Münasibətlər Məktəbinin Dekanı Anar Vəliyev İran-Azərbaycan münasibətlərindən danışıb. O, İran dövlətinin Azərbaycanın bu ölkədə yaşayan azərbaycanlılardan məqsədli şəkildə istifadə edəcəyindən narahat olduğunu bildirib. İranın Azərbaycanın müstəqillik əlsə etdiyi ilk illərdə onun İslam respublikası olacağına böyük ümid bəslədiyini bildirən ekspert hadisələrin dünyəvi dövlətçilik yönümünndə inkişaf etməsinin İranın Azərbaycana qarşı münasibətində əsaslı dəyişiklik etdiyini bildirib. O, buna həm də müstəqillikdən sonra Əbülfəz Elçibəyin bəyanatının da təsir etdiyini bildirib. O, həmçinin XIX ərin əvvəllərində Azərbaycanın iki yerə bölünməsindən başlayaraq günümüzə qədər iki dövlət arasındakı münasibətlərin inkişaf prosesi haqqında qısa şəkildə məlumat verib. Bütün bunları nəzərə alaraq ekspert son illər Azərbaycanın əsasən Xəzər dənizindəki neft buruqlarına görə narahatlığını, ümumiyyətlə cənub qonşusu ilə müharibə istəmədiyini bildirib.
Daha sonra panel iştirakçıları Cənubi Qafqaz bölgəsində təhlükənin mümkünlüyü barədə müzakirələr aparıblar. Bundan sonra konfrans sual-cavab formatında davam edib.
Erməni müxbirinin Qarabağda müharibənin yenidən alovlanması ilə bağlı sualı cavablandıran cənab Vəliyev bölgədə beynəlxalq razılıq olmadan radikal addımların mümkün olmayacağını bildirib. Digər sualda isə Ramil Səfərovun azad olunmasında Azərbaycan dövlətinin beynəlxalq razılıq alıb-almadığı soruşulub. Ekspert bunu təkzib edərək, Azərbaycanın bir ildən artıq müddətdə yalnız Macarıstan dövləti ilə danışıqlar apardığını bildirib.
Konfransın ikinci hissəsində iştirakçılar Mixail Alekseyev, Sufian Zhemukhov və Sergey Minasyan dondurulmuş münaqişələr haqqında məruzə edib. İrəvanda yerləşən Qafqaz İnstitutunun Siyasi Elmlər fakultəsindən elmlər doktoru Sergey Manisyan Qarabağ münaqışəsindən bəhs edərək, tərəflərin zor tətbiqi strategiyasından danışıb. O, Azərbaycan hökümətinin zor tətbiq etməklə uğur əldə edəcəyini düşündüyünü iddia edib. Erməni ekspertə Qarabağda müharibənin yenidən başlanacağı təqdirdə Rusiya ilə kollektiv təhlükəsizlik müqaviləsini nəzərə alaraq, Ermənistandaki rus qoşunlarının da müharibəyə cəlb olunub-olmayacağını soruşduqda, o bunun hadisələrin cərəyanından asılı olacağını deyib.