Accessibility links

Konqoda 3000 adam ebolaya yoluxub


Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında ebola epidemiyasının çətin bir mərhələyə çatdığını bildirib.

Təşkilatın dediyinə görə, epidemiya barədə xəbər açıqlandıqdan bir il sonra təşkilat 2006 nəfər ölən də daxil edilməklə, 3004 nəfərin xəstəliyə tutulduğunu təsdiqləyib.

Təsdiqlənən ən son hadisələrdən biri 9 yaşlı konqolu qızın Uqandada ebolaya yoluxmasıdır.

Bu, 2014-cü ildə Qərbi Afrikada 28,000 insanın yoluxduğu və 11,000-dən çoxunun ölümünə səbəb olduğu ebola epidemiyasının ikinci yayımıdır.

Epidemiyanın ən çox yayıldığı yer Konqo Demokratik Respublikasının münaqişənin davam etdiyi Şimali Kivu əyalətidir.

Ümumdünya Səhiyyə Təşkilatı son 10 həftə ərzində ebola epidemiyasının yayıldığını, lakin sürətinin nisbətən azaldığını bildirib. Orta hesabla bu virusa həftədə 80 nəfər tutulur.

Təsdiqlənən ən son hadisələrdən biri 9 yaşlı konqolu qızın Uqandada ebolaya tutulmasıdır. Bu, Uqandada Ebola virusu ilə bağlı təsdiqlənən ikinci haldır.

Ümumdünya Səhiyyə Təşkilatı 89 milyondan çox insanın Konqo Demokratik Respublikası daxilində və beynəlxalq sərhədlərdə müayinədən keçdiyini bildirib.

Təşkilat bununla xəstəliyin simptomları olanları müəyyənləşdirmək və tez bir zamanda müdaxilə etməklə, xəstəliyin yayılmasının qarşısını almaq mümkün olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG