Accessibility links

Konqres İrana qarşı sanksiyaları yenilədi


Rəsmi Tehran ABŞ Senatı İrana qarşı sanksiyaların uzadılmasına dair Konqresin yekun qərarına razılıq verməsindən sonra ölçülər götürəcəyi ilə hədələyib. Hər iki partiyadan olan qanunvericilər bu qərarın İranın nüvə proqramına dair beynəlxalq razılığa əməl olunması üçün olduqca böyük əhəmiyyət daşıdığını bildirib.

Onlar blef edirlər. İranlılar bu razılığın nə olduğunu yaxşı bilirlər.
Metyu Mkİnnis, Amerika Sahibkarlıq İnstitutu

“İran beynəlxalq razılaşmalara əməl etdiyini sübut edib, lakin eyni zamanda ölkənin bütün vəziyyətlərdə adekvat cavabları da var”-deyə İranın Xarici İşlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib. “ABŞ Konqresinin sanksiyaların uzadılmasına dair qərar razılaşmaların pozulmasıdır”-deyə o əlavə edib.

İranın Xarici İşlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi
İranın Xarici İşlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi



Qasemi hansı addımların atılacağı ilə bağlı detallara varmayıb.

Keçən ay İranın Ali dini rəhbəri Ayətullah Xamneyi sanksiyalara dair qanun layihəsiin nüvə razılığının pozulması olduğu və buna cavab verələcəyini bildirib.

“Onlar blef edirlər. İranlılar bu razılığın nə olduğunu yaxşı bilirlər. Onlar İrana qarşı Sanksiyalar Aktının kimi qanun layihəsinin uzuna zamandır mövcud olduğunu və belə sənədlərin yeniləndiyini bilirlər,” Vaşinqtonda qərargahlanan Amerika Sahibkarlıq insitutunun Yaxın Şərq üzrə eksperti Metyu Makinnis bidirib.

Senatda qanun layihəsi ilə bağlı keçirilmiş səsvermədə 100 senatordan 99-u onun lehinə səs verib. Keçən ay Nümayəndələr Palatasında səsvermə zamanı qanun layihəsinə 419 qanunverici səs vermişdi.

Prezident seçilmiş Tramp və onun administrasiyası rejim tərəfindən düşmən addımlara cavab vermək üçün lazımi vasitələrə malik olacaq.
Bob Korker, Senat Xarici Əlaqələr Komitəsinin sədri

Qanunvericilər İrana qarşı təzyiqlərin daha da artırıla biləcəyini istisna etmir.

“Prezident seçilmiş Tramp və onun administrasiyası rejim tərəfindən düşmən addımlara cavab vermək üçün lazımi vasitələrə malik olacaq. Mən bu qanun layihəsinə həm Nümayəndələr Palatası, həm də Senatda güclü dəstək verilməsindən çox razıyam və Tehranın cavabdeh tutulması istiqamətində işin davam etdirilməsinə səbirsizlik gözləyirəm,” deyə Tennessi ştatından Respublikaçı senator Bob Korker bildirib.

Ağ Ev bəyan edib ki, Prezident Obamanın Konqresin icazəsi olmadan belə İrana qarşı snaskiyalar tətbiq etməyə geniş səlhaiyyətləri var lakin Ağ Evin sözçüsü Coş Ernest İran Sanksiyalar Aktına veto qoyulacağı barədə heç nə deməyib.

XS
SM
MD
LG