Accessibility links

ABŞ qanunvericilərinin Tramp-Kim nüvə sammitinə fərqli reaksiyaları [Video]


ABŞ qanunvericilərinin Tramp-Kim nüvə sammitinə fərqli reaksiyaları
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Tramp və Kim görüşü nüvə konfrontasiyasına son qoyula biləcək, nəsildə bir dəfə düşən imkan ola bilər. Bəzi ABŞ qanunvericiləri çox optimistdir.

Lindsi Qraham, Respublikaçı senator: “Mənim gözləntilərin böyükdür. Koreya müharibəsinə son qoyulması... Mən prezidentin bu qərarını dəstəkləyirəm. Düşünürəm ki, onun Şimali Koreya lideri ilə görüşməsi müharibənin qarşısını almaq üçün son ən yaxşı şansdır. ”

Digərləsi isə bir qədər skeptikdir.

Con Kennedi, Respublikaçı senator: “Əmin deyiləm ki, prezindent ilkin olaraq Kim Conq Un ilə görüşməlidir. Mən əmin deyiləm ki, biz ona Birləşmiş Ştatların prezidentinin yanında dayanmaq üstünlüyü verməliyik.”

Senator Kennedi Kimin ölkəsinin nüvəsizləşməsi niyyətinə və ya nüvə proqramını ləğv etməklə bağlı hər hansı öhdəliyə riayət edəcəyinə şübhə edir. O həm də, nüvəsizləşmənin necə təsdiq ediləcəyini sual edir.

Con Kennedi, Respublikaçı senator: “Mən düşünə biləcək ən sərt sanksiyaları dəstəkləyirəm.”

Əksər demokratlar isə Tramp administrasiyasının sabiq prezident Ronald Reyqanla həmin dövrün Sovet lideri Mixail Qorvaçov ilə 1980-ci ildə keçirdiyi görüşdən bəri ən böyük nüvə sammitinə hazırlığını sual edir.

Dik Durbin, Demokrat senator: “Söhbət yüksək səviyyədə keçiriləcək, müasir dövrün həyati əhəmiyyət kəsb edən nüvə danışıqlarından gedir. Bizim dövlət katibimiz yoxdur, bizim liderlərimiz yoxdur və prezidentin müşavirləri ilə bağlı suallarımız var. Administrasiya dağınıq vəziyyətdədir.”

Trampın dövlət katibi vəzifəsinə namizədi, hazırkı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun Senat tərəfindən təsdiqi növbəti ay müzakirəyə çıxarılacağı gözlənilir.

Lindsi Qraham, Respublikaçı senator: “Mən cənab Pompeo ilə bu gün görüşəcəm. Düşünürəm ki, administrasiya rəsmiləri Şimali Koreya danışıqları ilə bağlı fəaliyyət planı üzərində çalışırlar. Məqsəd doğrudur. Onların nüvəsizləşməsinə nail olmaq. Cənubi Koreyanın və Yaponiyanın nüvə proqramı yoxdur.”

Şimali Koreyanın rəsmi mətbuatı hələ də Tramp-Kim görüşünün müzakirəsini təsdiq etməyib. Əgər Tramp administrasiyası və Pxenyan arasında görüşlə bağlı müzakirələr gedirsə, deməli bu ictimaiyyətdən gizli saxlanılır.

XS
SM
MD
LG