Accessibility links

Konqresin Nümayəndələr Palatası vergi islahatına dair qanun layihəsinə səs verib


ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə son 30 ildə ən böyük vergi islahatlarını nəzərdə tutan qanun layihəsinə səs verib. Bunun ABŞ prezidenti Donald Trampa qanunvericilik sahəsində ilk böyük qələbə olması ilə yanaşı, Birləşmiş Ştatlar və qlobal iqtisadiyyat üçün böyük təsirləri olacağı gözlənilir.

“Veri ixtisarları və İşlərə dair Akt” adlı qanun layihəsi 277 lehinə, 203 səs əleyhinə səslə qəbul edilib. Nümayəndələr Palatasında respublikaçıların demək olar hamısı qanun layihəsinə səs verib, demokratlar isə onun əleyhinə olub.

Qanun qüvvəyə minsə, korporasiyalar üçün vergilər 35 faizdən 21 faizə endirilir, gəlirlərə görə vergilər azaldılır və geniş yayılmış vergi tutulmaları ləğv edilir.

Nümayəndələr Palatasında səsvermədən sonra Senatda 10 saatlıq müzakirələrin ardınca ya çərşənbə axşamı, ya da çərşənbə günü səsvermə keçiriləcək.

Respublikaçılar vergi ixtisarlarının ABŞ iqtisadiyyatını gücləndirəcəyini və Amerika biznes şirkətlərinin ölkənin özündə və xaricdə rəqabətliliyinin artmasına xidmət edəcəyini bildirir.

“Bütün dünyanın gözü önündə Amerika ailələri və biznesləri üçün TARİXİ VERGİ İXTİSARLARINDAN bizi bir neçə gün ayırır. Bu, bizim TARİXİMİZDƏ ƏN BÖYÜK VERGİ İXTİSARI və VEERGİ İSLAHATI olacaq!”, ABŞ prezidenti Donald Tramp səsvermədən öncə Twitter səhifəsində yazıb.

Demokratlar qanun layihəsini kəskin tənqid edərək, bunun zənginlərin maraqlarına xidmət etdiyini bildirib.

Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelosi vergi islahatına dair qanun layihəsini tənqid edir, 19 dekabr 2017, Vaşinqton
Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelosi vergi islahatına dair qanun layihəsini tənqid edir, 19 dekabr 2017, Vaşinqton

“Orta sinif amerikalılar üçün vergi güzəştləri əvəzinə bu, zəhmətkeş analar və ataları zənginlər və güclü əlaqələri olanlar üçün vergi ixsarlarının haqqını ödəməyə məcbur edəcək vergi fırıldağıdır. Bu, səhvdir.”, İllinoys ştatından demokrat konqresmen Robin Kelli bidirib.

Müstəqil Vergi siyasətləri Mərkəzinin hesablamalarına görə, qanun layihəsi amerikalıların 95 faizi üçün vergilərin ixtisarını nəzərdə tutur. Lakin mərkəzin bildirdiyinə görə, daha çox gəlirləri olanlar üçün bu ixtisarlar azgəlirli insanlardan daha artıqdır.

XS
SM
MD
LG