Accessibility links

Konqresdə baş örtüyü qadağası ləğv edilə bilərmi?


ABŞ Konqresindəki iki yeni nümayəndə və iki müsəlman qadından biri-İlhan Ömər Kapitolinin simasını dəyişir. ABŞ-ın Nümayəndələr Palatasının qaydalarına görə, dini baş örtüyü texniki olaraq yasaqdır.

Bu ilin 116-cı Konqresi çox baxımdan digərlərindən fərqlənir. Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar qaydaları dəyişə bilər.

Başımı heç kim deyil, mən özüm örtürəm

Yeni qayda İlhan Öməri 181 il əvvəl qəbul edilən qaydadan qoruya biləcək. O zaman Konqres başqa bir yer idi. Orada qadınlar və azlıqların təmsil olunmasını düşünmək belə olmazdı. 19-cu əsrdə qanunvericilər baş örtüyünü yasaqladıqda papaq qoyan kişiləri nəzərdə tutmuşdu. Bu qayda dini azlıqlar tərəfindən ayri-seçkilik kimi qəbul edilməmişdi.

Lakin qayda mübahisələrə yol açmışdı. Bəzi nümayəndələ papaq qoymağım Britaniya parlamentinin monarxiya ilə bağllığı olmadına işarə olaraq simvol kimi qəbul edirdi.

Nümayəndələr Palatasında papaqlar yasaqlanan yeganə şey deyil. Siqaret, yemək, içki və mobil telefonlar da qadağandır.

Baş örtüyü Amerikada etiraz simvolu kimi də tanınır. 2012-ci ildə demokrat nümayəndə Bobbi Raş kapüşonlu köynəklə Nümayəndələr Palatasına girdiyinə görə binadan çıxarılmışdı.

Bu, Florida ştatında özünü məhəllənin mühafizi elan edən şəxs tərəfindən yeniyetmə Trayvon Martinin öldürülməsinə etiraz mahiyyəti daşıyırdı.

Somalidə doğulan İlhan Ömər tvir edərək yazıb ki, baş örtüyü qadağasının ləşvinə çalışacaq. “Başımı heç kim deyil, mən özüm örtürəm”- deyə, o bildirib.

Ömər Massaçussetsdən Cim Makqovern və NP-nın spikeri olacaq Nensi Pelosi ilə bərabər dini və tibbi baş örtüklərinin istisnasına dair təklifin həmmüəllifidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG