Accessibility links

Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə dair nikbinlik azalır


ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri arasında provokotiv söz güləşi Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə dair nikbinliyi azaldır.

ABŞ prezidenti Donald Tramp administrasiyasının nüvə və raket fəaliyyətləri ilə əlaqədar Pxenyana qarşı yeni sanksiyaları elan etdiyi bir vaxt Birləşmiş Ştatların Şimali Koreya ilə münasibətdə hərbi seçimə tam hazır olduğunu deyib.

“Biz üstünlük vermədiyimiz ikinci varianta tam hazırıq, amma biz bu variantı seçsək, bu, dağıdıcı olacaq. Mən sizə deyirəm, Şimali Koreya üçün dağıdıcı olacaq. Buna hərbi variant deyilir, əgər bunu seçməli olsaq, bunu edəcəyik”, Tramp bildirib.

Ağ Evdə İspaniyanın baş naziri Mariano Rahoyla birgə mətbuat konfransında danışan Tramp bildirib ki, Şimali Koreyanın “bütün dünyanı təsəvvür olunmaz həyat itkisi ilə hədələməsinə bundan sonra imkan vermək olmaz”.

Trampın hədələrini müharibəyə çağırış kimi qiymətləndirən Şimali Koreya lideri Amerikanın yarımada üzərində uşan təyyarələrinin vurulub salınacağı ilə hədələyib.

Xarici İşlər naziri Ri Yonq Ho isə Pxenyanın yaxın gələcəkdə hidrogen bombasını sınaqdan keçirəcəyini bəyan edib.

Sakit okeanı üzərində keçiriləcək bu sınaq ABŞ-ın hərbi əməliyyata başlamasına yüksək bir provokotiv əməl ola bilər.

XS
SM
MD
LG