Accessibility links

Şimali Koreya Cənubi Koreya işçilərinin sənaye zonasına daxil olmasını yasaqlayıb


Şimali Koreya Cənubla sərhəd bölgədəki sənaye zonasına Cənubi Koreya işçilərinin daxil olmasını yasaqlayıb. Kaensonq kompleksi iki ölkə arasında əməkdaşlığın sonuncu sahəsi idi.

Cənubi Koreya yasağın nə zamanadək davam edəcəyi barədə məlumat almadığını bildirərək, bunun uzun sürdüyü təqdirdə yüzlərlə işçinin ərzaq və digər ləvazımat qıtlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Yunifikasiya Nazirliyinin sözçüsü fəhlələrin təhlükəsizliyinin Seulun əsas prioriteti olduğunu deyib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi işçilərin təhlükəsizliyi üçün hərbi əməliyyatların son variant olacağını bəyan edib.

Pxenyanın kompleksə cənubluların girişini yasaqlaması ilk dəfə baş vermir

Bu ölçü ABŞ dövlət katibi Con Kerrinin Şimalı Vaşinqton və onun müttəfiqlərinə qarşı təhrikçiliyini dayandırması çağırışı vaxtına təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG