Accessibility links

Cənubi Koreya: Şimali Koreya nüvə qabiliyyətini təkmilləşdirir


Cənubi Koreyanın müdafiə nazirliyi bildirib ki, Şimali Koreya daha kiçik nüvə başlıqları istehal etmək üçün texnoloji baxımdan yüksək inkişafa nail ola bilib.

Nazirliyin məlumatına görə, Şimali Koreya hələlik yeni nüvə başlıqlarını nümayiş etməyib.

Şimali Koreyanın Birləşmiş Ştatlara çata biləcək raket istehsal etmək qabiliyyətinə malik olduğuna inanılır.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi müdafiə nazirliyinin adının açıqlanmadığı bir rəsmisinə istinadən bildirib ki, Şimalın inkişaf etdirdiyi yeni raketlərdən birinin qət edə biləcəyi məsafə 7 min kilometrdən 10 min kilometrə çatdırılıb.

Birləşmiş Ştatlar Şimali Koreyanın Sony Pictures şirkətinin kompyuterlərinə haker hücumlarına görə üç təşkilatı və 10 şəxsə qarşı sanksiyalar tətbiq edib. Ağ Ev rəsmiləri bildirib ki, Şimali Koreyanı cəzalandırmaq üçün tətbiq olunan sanksiyalar bu istiqamətdə atılmış ilk addımdır. Birləşmiş Ştatların Şimali Koreyanın nüvə proqramına qarşı sanksiyaları da hazırda qüvvədədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG