Accessibility links

ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir


ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu addım Pxenyanın 5-ci və ən böyük nüvə qınağından sonra atılır.

Bu gün Amerikanın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sang Kim Tokioda deyib ki, BMT, Amerika və Yaponiya ilə bərabər Cənubi Koreya da təktərəfli ölçülər götürəcək. Lakin ölçülərin təfərrüatı barədə məlumat verilməyib.

Kim bu bəyanatı Yaponiyanın xarici işlər naziri ilə görüşdən əvvəl verib. O, Pxenyanın davranışını sabitsizləşdirmə cəhdi kimi qiymətləndirib.

Pxenyan nüvə qabiliyyətini həm keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşdirməklə yanaşı, özünü Amerikanın təcavüzündən müdafiə edəcək

Şimali Koreya isə sanksiyaların tətbiqini gülünc adlandırıb. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Pxenyan nüvə qabiliyyətini həm keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşdirməklə yanaşı, özünü Amerikanın təcavüzündən müdafiə edəcək.

ABŞ prezidenti Barak Obama Şimali Koreyanın nüvə sınağını regional təhlükəsizlik və beynəlxalq sülh, sabitlik üçün ciddi hədə adlandırıb.

Ağ Evin açıqladığı bəyanatda prezident bildirib ki, Şimali Koreyanın təxribatçı və sabitsizlik fəaliyyətləri Koreya xalqının təcridinə və rifah halının pisləşməsinə xidmət edib. Bəyanatda bunun başlıca səbəbinin Pxenyanın nüvə silahı və ballistik raket proqramının davam etdirmək inadkarlığı göstərilir.

BMT Təhlükəsizlik Şurası cümə günü Nyu-Yorkda qapalı görüş keçirib. Şura prezidenti Yeni Zelandiya səfiri Cerard Van Boheman jurnalistlərə açıqlamasında bildirib ki, şuranın 15 üzvü gizli nüvə sınağını sərt tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG