Accessibility links

Kosovo ilə Serbiya yenidən danışıqlara başlayır


Kosova prezidenti Haşim Taçi deyib ki, Kosovo ilə Serbiya arasında sərhədin müəyyən edilməsi iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım ola bilər. Sərhəd barədə danışıqlara Kosovo Serbiyadan ayrıldıqdan və özünün müstəqilliyini elan etdikdən 10 il sonra qayıdılıb.

Taçi sərhədlər müəyyən edilmədən dövlətlərin bir-birini tanımasının mümkün olmadığınıl deyib.

İki ölkə arasında isə mübahisələr davam etməkdədir. Buna misal sonuncu tariflərlə bağlı məsələdir. Bir həftə əvvəl Kosovo hökuməti Serbiya mallarının idxalına 100 faiz tarif tətbiq edib. Belə bir addım Belqradın Kosovonun beynəlxalq təşkilatlara üzvlüyünə mane olduğuna görə atılıb.

Tariflər Kosovonun İnterpol təşkilatına üzvlüyə qəbul edilməməsindən dərhal sonra qaldırılıb. Bu, Serbiyanın güclü lobbiçilik səylərinin nəticəsi idi.

Bazar ertəs Kosovo prezidenti Haşim Thaçi ilə görüşündən sonra ABŞ dövlət katibi Mayk Pompeo Kosovonu Serbiya, Bosniya və Herseqovinadan gələn idxal tariflərini ləğv etməyə, təxribatlara yol verməməyə və gərginliyi aradan qaldırmaq üçün Serbiya ilə işləməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG