Accessibility links

Rumıniyada minlərlə insan sabiq kral Mihaiyə son ehtiramını verir


Rumıniyada minlərlə insan sabiq kral Mihaiyə son ehtiramını verib. Ötən həftə 96 yaşında dünyasını dəyişən kralın cənazəsi Kral sarayında qoyulub.

İkinci Dünya Müharibəsi liderlərindən biri olan kral dekabrın 5-də leykemiya səbəbindən vəfat edib.

İnsanlar əllərində şamlar və gül dəstələri ilə tabutun önünüdə baş əymək üçün saatlarla növbədə gözləməli olub.

Kralın vəfatından sonra hazırda muzey kimi fəaliyyətdə olan Kral sarayı ziyarət meydanına çevrilib.

​İsveçrədən gətirilən cənazə şənbə günü dəfn edilənədək ictimaiyyətə açıq olacaq.

Alman Hohenzollern sülaləsindən olan Mihai Ruminiyanı 1927-1930 və 1940-1947-ci illərdə iki dəfə idarə edib.

Lakin müharibədən sonra kommunist hökuməti monarxiyaya son qoyaraq, kralı 1947-ci ildə ölkəni təkr etməyə vadar edib.

İşveçrədə vətəndaşlıq statusu aldıqdan sonra o, həyatını avio-mühədis və fermer kimi sürüb.

Kral Rumıniyaya 2002-ci ildə qayıdıb.

XS
SM
MD
LG