Accessibility links

Kreml Putinin Moskvada olmadığına dair xəbərləri şərh etməyib


Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin son bir neçə gün Moskvada olmadığına dair müstəqil “Dojd” tele-kanalının verdiyi məlumatı şərh etməkdən imtina edib.

Artıq bir həftədir ictimaiyyət arasında, nə də televiziyada gğrünməyən prezident Putinin Qazaxıstan və Belarus liderləri ilə görüşləri təxirə salınıb.

“Dojd” tele-kanalının mənbələrinə əsasən, Rusiya prezidenti Novqorod vilayətində Valday gölü ətrafındakı iqamətgahında olujb. Peskov “Dojd” tele-kanalının bununla bağlı şərh vermək müraciətini qəbul etməyib.

Qazaxıstan hökumətinin adının açıqlanmasını istəməyən bir rəsmisi Röyters xəbər agentliyinə deyib ki, prezidenti Putinin Belarus və Qazaxıstan liderləri ilə görüşlərini xəstəlik səbəbi ilə təxirə salmalı olduğu mümkündür.

Lakin cümə axşamı günü Röyters xəbər agentliyi ilə danışan Peskov 62 yaşlı prezidentin sağlıq durumunun yaxşı olduğunu deyib.

Rusiya prezidentinin keçən həftədən bəri ictimaiyyət arasında görünməməsi onun sağlıq durumundan tutmuş sevgilisinin nikahdan kənar dünyaya gətirdiyi uşağı görmək üçün İsveçrəyə getdiyi kimi müxtəlif şaiyələrin yayılmasına yol açıb.

Kreml bu şaiyələri rədd edir.

Kremlin cümə günü verdiyi açıqlamaya əsasən, Rusiya prezidentinin martın 16-da Qırğızıstanın prezidenti Almazbek Atambayevlə görüşü planlaşdırılıb.

XS
SM
MD
LG