Accessibility links

26 fevral Ukraynada "Krımın Rusiya işğalına müqavimət günü" elan edilib


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü "Krımın Rusiya işğalına müqavimət günü" ilə əlaqədar bir sərəncam imzalayacağını açıqlayıb. Sözügedən gün Ukraynada hər il fevralın 26-da qeyd olunacaq.

“Bu gün Krım Muxtar Respublikasının İişğalına müqavimət günü" ilə əlaqədar sərəncam imzalayıram. Bu gün hər il fevralın 26-ı qeyd olunacaq" - deyə, Zelenski Kyivdə Age of Crimea 2020 forumunda çıxış edərkən bildirib.

"Sadə və məlum olan şeylərdən, həqiqətən sübut tələb etməyən aksiomalardan başlamaq istərdim. Həftə yeddi gündən ibarətdir, planet Yer kürəsidir, Krım isə Ukraynadır" - deyə, Zelenski nitqində qeyd edərək, "cəmiyyətimiz bir çox mövzuda mübahisə edə bilər. Ancaq burada ukraynalılar yüz faiz birlik halındadır. Krımın geri qaytarılması milli düşüncəmizin ayrılmaz bir hissəsidir. Bu, təkcə ortaq arzumuz deyil, planetdə təhlükəsizliyin qarantıdır, barışın bərpa edilməsidir" sözlərini əlavə edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin fərmanının "real vəziyyəti və krımların Rusiya ilə birləşmək qərarına gəlməsinin səbəblərini əks etdirmədiyini" söyləyib.

"Biz deyilənlərlə qəti şəkildə razı deyilik. İnanırıq ki, bu, Krımdakı faktiki vəziyyətə heç bir şəkildə uyğun gəlmir. Krımın Rusiya Federasiyası ilə birləşmək qərarının səbəbini ən yaxşı krımlılar deyə bilər” - deyə o, bildirib.

Rusiya 2014-cü ilin mart ayında Krımın Ukrayna yarımadasını hərbi geyimli silahlı şəxslərin iştirakı ilə keçirilən qondarma referendumun nəticələrinə əsasən ilhaq edib. Sakinlərin 90% -dən çoxu Rusiya ilə yenidən birləşməyin lehinə səs verib.

Beynəlxalq təşkilatlar Krımın ilhaqını qanunsuz hesab etmişdi və Rusiyanın hərəkətlərini pisləmişdi. Qərb ölkələri ona qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi. Ancaq Kreml yarımadanın ilhaqını rədd edir və bunu "tarixi ədalətin bərpası" adlandırır.

Международные организации признали аннексию Крыма незаконной и осудили действия России, страны Запада ввели против нее экономические санкции, которые накануне были продлены еще на год. Однако Кремль отрицает аннексию полуострова и называет ее "восстановлением исторической справедливости".

XS
SM
MD
LG