Accessibility links

Kuba Panama sammitinə dəvət alıb


Amerika sammiti adətən medianın diqqət mərkəzində çoz az yer alır. Lakin bu il fərqlidir. Belə ki, Kuba aprelin 10-u və 11-də Panamada keçiriləcək tədbirə dəvət alıb.

2012-ci ildə Kolumbiyada təşkil edilən sammit ABŞ-ın kəşfiyyat xidmətinin agentlərinin fahişələrlə əlaqəsinə görə qalmaqalla yadda qalıb.

Kuba siyasətimiz Amerikada liderliyin yeni mərhələsinə keçir

Bu il isə Kuba diqqət mərkəzindədir. İlk dəfə olaraq Havananın nümayəndə heyəti masa arxasında yer alacaq. ABŞ prezidenti bunu alqışlayaraq deyib ki, Kuba siyasətimiz Amerikada liderliyin yeni mərhələsinə keçir.

“Bu aprel Kuba digər ölkələrə qatılaraq, Amerika sammitində iştirak edəcək.”

Kubanın təcridi illərlə Latın Amerikası üçün problem olub. Kolumbiya sammitində yarımkürə liderləri Vaşinqtonun Kubanı toplantıdan xaric etməsini etirazlarla qarşılamışdı.

İnter-Amerika Dialoqu qurumunun rəhbəri Maykl Şifterin dediyinə görə, Kubanın dəvət edilməsi pozitiv bir addımdır.

“Kubanın ABŞ tərəfindən 50 il təcrid edilməsi, onun sıxışdırılması, suveren bir dövlət kimi tanınmaması simvolizm mahiyyəti daşıyır. Bu, Latın Amerikası üçün böyük əhəmiyyət kəsb edir.”

Lakin Kuba ilə əlaqələrin əleyhinə olanlar Kubanın sammitdə iştirakını Venesuela kimi ölkələr də daxil edilmklə, qruplaşma yaratdığını deyir.

Azad Kuba Mərkəzinin əməkdaşı Frank Kalzon Kubanın demokratik islahatları həyata keçirmədiyini, Venesueladan fərqli olaraq seçkilər yolu ilə prezident seçmədiyini deyir.

“Qeyri-mükəmməl demokratiya ilə insan hüquqlarına riayət etməyən totalitar rejim arasında böyük fərq var.”

Kubanın Panama sammitində iştirakı simvolik mahiyyət daşıyacaq. Belə ki, Vaşinqton Kubanı hələ də terrorizmi dəstəkləyən ölkələr siyahısında saxlayır.

Prezident Obama Kubanın siyahıdan çıxarılmasının tərəfdarıdır. Lakin bununla bağlı hələ ki, heç bir bəyanat verilməyib.

Expertlərin fikrincə, Kubanın Panama sammitində iştirakı əlaqələrin normallaşmasının uzun yolunda atılan ilk addım olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG