Əfqanıstanda əksəriyyəti uşaq olmaqla, 30 adam hökumət qüvvələri və Taliban yaraqlıları arasındakı qarşıdurmanın qurbanı olub.
Kunduz vilayətində baş verən hadisə nəticəsində iki əsgərin həlak olduğu, ikisinin isə yaralandığı bildirilib.
Qarşıdurma ABŞ tərəfdaşlarının yardımı ilə əfqan qüvvələrinin bölgədəki yaraqlıların istehkamına reyd zamanı olub.
ABŞ-ın bəyanatında deyilir ki, hərbi qulluqçular Taliban mövqelərinin təzmilənməsi üçün keçdikləri təlim və yardım missiyası zamanı həlak olub.
Yerli vilayət hökumətinin sözçüsü Mehmud Daniş Əfqanıstanın Kommandos qüvvələrinin 4 üzvünün öldürüldüyünü bəyan edib. O, qadın və uşaqlar daxil edilməklə, dinc əhalinin ölümünə görə təəssüfünü dilə gətirib. Sözçü Taliban tərəfindən 26 nəfərin öldürüldüyünü deyib.
Daha əvvəl bu vilayət sakinləri öldürülən 20 cəsədi əllərində daşımaqla mülki əhalinin qətlinə etirazını bildirib.
Amnesty International hücumları kəskin tənqid edərək, onların araşdırılmasına çağırıb.
Londonda yerləşən insan hüquqları komitəsinin Cənubi Asiya proqramının direktoru Çampa Patel deyib ki, ABŞ və NATO-nun beynəlxalq humanitar qanunlarına zidd olan zorakılıqları təhdid edilməmiş və cəzasız qalıb.
Bu həftənin əvvəlində ABŞ hökumətinin monitorinqi agentliyinin açıqladığı hesabatda 2016-ci ilin ilk 8 ayı ərzində əfqan ordusunun 5500-dən artıq itki verdiyi, 10 mindən çox əsgərin yaralandığı bildirilmişdi.